Tovuzda gizli qəbirlər aşkarlandı - VİDEO

Tovuzda gizli qəbirlər aşkarlandı - VİDEO

Tovuzda XV-XVII əsrlərə aid olan məscid-türbə kompleksi və qədim qəbirlər aşkarlanıb. AMEA-nın Tovuz Ekspedisiya Qrupunun rayonun Vahidli kəndi ərazisində apardığı araşdırmalar zamanı iki otaqlı ev qalıqları tapılıb. Burada XV əsrə aid olan Sultan Körpüsünün olması da onu deməyə əsas verir ki, bu evlər ticarət yolunun üzərində inşa edilib. Hazırda el arasında Qala Duzu adlanan ərazidə tapılan maddi mədəniyyət nümunələri burada geniş miqyaslı qazıntı işlərinin aparılması üçün AMEA-ya göndərilib.

Müəllif: Mirqəmər Mənsimova

Bütün xəbərlər Facebook səhifəmizdə