Plastik qablar qadağan edildi, amma... - DİQQƏTLİ OLUN! - ETSN-NİN SEKTOR MÜDİRİ AYDINLIQ GƏTİRDİ

Plastik qablar qadağan edildi, amma... - DİQQƏTLİ OLUN! - ETSN-NİN SEKTOR MÜDİRİ AYDINLIQ GƏTİRDİ

“Çimərlik ərazisinə çıxsaq plastik qabların niyə yığışdırıldığının şahidi olarıq. Neçə illərdir bütün Avropa və okean sahili ölkələr bununla bağlı çağırışlar edir. Bizdə isə bu indiyə kimi olmasa da, artıq açıq-aydın görünür. Çimərliklərin və ətrafın çirklənməsi davam edərsə, biz alternativlərə keçə bilmərik. Plastik qabların ətrafı necə çirkləndirdiyini şəkillərdə hiss etmək çətin olsa da, realda bunu görən bəzi insanlar dərin təəssüf hissi yaşayır”. Bu sözləri SİA-ya açıqlamasında Ekologiya və Təbii Sərvətlər Nazirliyinin sektor müdiri Mehman Nəbiyev deyib.

Onun sözlərinə görə, plastik qabların alternativlərlə əvəz olunması haqqında qərarlar beynəlxalq təcrübədə də var: “Alternativlə bağlı çoxlu materiallar var. Yəni, hazırki dövrdə bioplastiklər, kağız, kardon, taxta və s. mövcüddür. Doğrudur, burada qiymət fərqli olacaq. Amma, iki seçim var: ya bir qədər baha, lakin ətraf mühitə zərər verməyən qablar, ya da təbitəimizi korlayan ucuz qablar. Bu qabların ləğv olunmasının ən əsas üstünlüyü təbiətin təmiz olmasıdır. Sadalanan plastiklər çox da geniş olmayan ictimai iaşə sahibkarları tərəfindən çox yayılıb. Hətta bəzi insanlar artıq mətbəxdə də plastik qablardan istifadə edir”.

Mehman Nəbiyev sözlərinə belə davam edib: “Sağlamlığı və ətraf mühiti düşünmək lazımdır. Artıq insanlar hər yerdə plastik qablardan istifadə etməyə başlayıb. Son 20-25 ildə isə bu məhsullar geniş yayılıb. İnsanlar bu qabları elə bir atributa çeviriblər ki, yəni bunun məhdudlaşdırılmasını qida vasitəsinin olmaması kimi təşviqlə qarşılayırlar. Bu qərarları böyükdən kiçiyə hər kəs dəstəkləyir. Hələ ki, bütün plastiklərdən söhbət getmir”.

Ayşən Vəli

Bütün xəbərlər Facebook səhifəmizdə