Deputat məzun günündə iştirak edib - FOTOLAR

Deputat məzun günündə iştirak edib - FOTOLAR

Mədəniyyət və Sənətkarlıq üzrə Bakı Dövlət Peşə Təhsil Mərkəzində “Məzun günü” tədbiri keçirilib. SİA-nınverdiyi məlumata görə, “Məzun günü” mərasimi dövlət himninin sədaları altında başlanıldı və şəhidlərimizin ruhu bir dəqiqəlik sükutla yad edilib.

İlk çıxışı Vətən müharibəsi iştirakçısı Dəniz Nəqliyyatı, Gəmiqayırma və Liman İşləri üzrə Bakı Dövlət Peşə Təhsil Mərkəzinin direktor müavini Nail Bayramov edib. O, ölkə başçısının sərəncamı ilə “Xocavəndin azad olunmasına görə” medal ilə təltif olunub. Nail Bayramov məzunlara müharibədə xalqımızın qəhrəmanlağından danışdı və onlara gələcək işlərində uğurlar arzulayıb.

Sonra Mədəniyyət və Sənətkarlıq üzrə Bakı Dövlət Peşə Təhsil Mərkəzinin direktoru Pərviz Həmzəyev məzunları, onların valideynlərini və qonaqları əlamətdar gün münasibətilə təbrik edərək rəhbərlik etdiyi kollektivin qazandığı uğurlardan danışıb.

Tədbirdə Azərbaycan Respublikası Milli Məclisinin deputatı Rauf Əliyev, Təhsil Nazirliyi yanında Peşə Təhsili üzrə Dövlət Agentliyinin şöbə müdirinin müavini Nigar İsmayılzadə, Gənc Tamaşaşılar Teatrının quruluşçu rejissoru Elşad Rəhimzadə çıxış edib. Çıxış edənlər məzunları əlamətdar gün münasibətilə təbrik edərək onlara uğurlar arzulayıb, ölkəmizin bundan sonra da hərtərəfli inkişafı və çiçəklənməsi işinə öz layiqli töhfələrini verəcəklərinə əminliklərini ifadə ediblər.

Daha sonra Mədəniyyət və Sənətkarlıq üzrə Bakı Dövlət Peşə Təhsil Mərkəzinin əməkdaşı şəhid Ağa Əmi Heybətovun bacısı Həliməxanım Heybətova çıxış edib və müqəddəs Azərbaycan bayrağını məzunlara təhvil verib.

Tədbirdə sərgi və “Tədbirlərin təşkilatçısı” qrupunun məzunlarının təşkil etdiyi, Nizami Gəncəvinin 880- illiyinə həsr olunmuş “Xosrov və Şirin” tamaşası nümayiş etdirilib.

Tədbirin sonunda “Azərbaycan Aşpazlar Gildiyası” və “Barama Tekstil” ilə Mədəniyyət və Sənətkarlıq üzrə Bakı Dövlət Peşə Təhsil Mərkəzi arasında anlaşma memorandumu imzalanıb.

Bütün xəbərlər Facebook səhifəmizdə