“Hamıya məlumdur ki, Yer kürəsinin maqnit sahəsi var. Hansı ki, bu maqnit sahəsi, planetləri, o cümlədən Yer kürəsini Günəş radiasiyasından qoruyur. Bu sahə maqnit qalxanı da adlanır. Əgər, hansısa planetdə maqnit sahəsi yoxdursa, onlar ölü planetlər adlanırlar”. Bu sözləri SİA-ya açıqlamasında tibb üzrə fəlsəfə doktoru, respublikanın əməkdar həkimi Taryel Eyvazov deyib.
Onun sözlərinə görə, müəyyən vaxtlarda Günəşin aktivliyi artır: "Bunun nəticəsində Günəş özündən güclü maqnit dalğalar buraxır. Bu zaman Yer kürəsinin bütün qatlarında, xüsusilə də atmosferdə dəyişikliklər baş verir. Bu dəyişiklik bir neçə saat və yaxud da bir neçə gün davam edə bilər. Maqnit dalğaları əsasən 2001-2002-ci illərdə daha çox olub. Amma ən güclüsü 2003-cü ildə baş verən maqnit dalğaları hesab olunur. Müəyyən xroniki xəstəlikləri olan, arterial təzyiqi yüksək olan insanlar maqnit dalğalarından qorunmalıdır. Bu tip insanlar maqnit dalğaları gəlməmişdən əvvəl özlərini narahat hiss edirlər. Baş ağrıları, miqren ağrıları artır. Ümumiyyətlə maqnit dalğaları oksigen çatışmazlığı yaratdığına görə, başqa xoşagəlməz hallar da baş verir”.
Taryel Eyvazov həmçinin qeyd edib ki, aparılmış elmi tədqiqatlar nəticəsində müəyyən olub ki, maqnit dalğaları olan vaxtlarda peşə qəzaları, avto-nəqliyyat qəzaları bir neçə dəfə artır: “Günəşin aktivliyinin artması əsasən 3 bal olur. 30 iyunda Günəşin aktivliyi Bakıda 3 bal gücündə gözlənilir. Bu zaman günəşin altında çox qalmamalıyıq. Nisbətən sərin su ilə duş qəbul etməliyik. Müəyyən sərin mayelər qəbul edilməlidir. Gərgin, ciddi işi olanlar bu günlərdə müəyyən qədər isitrahət edib daha sonra işinə davam etmələri daha məsləhətlidir”.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB