"Sehrin mahiyətindən, tarixi mənşəyindən və ictimai zərərindən öyrəndiklərimiz bu olur ki, bu əməl əzəldən Uca Allah tərəfindən qadağan edilib. Biz ayələr və duaları oxuyaraq Allaha sığınmaq və ondan şəfa diləməyi caiz bilirik. Amma sehr və cadu ilə şəfa tampağı heç vaxt qanuni saymırıq. Çünki bu iş dinimizə görə haramdır". Bu sözləri SİA-ya açıqlamasında Hacı İbrahim Quliyev deyib.

Onun sözlərinə görə, İslam dini bir kəsin başqasına ziyan verməsini, onun haqqını əlindən almasını heç bir halda qəbul etmir: "İslam dinində hər kəsin namusu, malı, canı müqəddəsdir. Bu müqəddəs dəyərləri İslam öz hökmləri ilə qoruyur. Sehr və caduda çox vaxt insanları bir-birindən ayırmaq, malına, canına, namusuna zərər vermək, təsir altına salmaq məqsədi güdüldüyü üçün qəti olaraq qadağan edilib. Sehr və cadu səbəbi ilə neçə-neçə insanlar ruhi böhranlar keçirmiş, neçə-neçə insanlar cinçilərin tələsinə düşərək pərişan olmuşlar. Neçə-neçə yalançı və hoqqabazlar belə vasitələrlə qazanc əldə etmiş, haqsız sərvət toplamışlar. Buna görə də bütün müsəlman alimləri sehri haram olaraq qəbul ediblər. Belə ki, sehr və ya cadu edənlər, ya da sehr-cadunu həmin metodlarla açanlar küfr etmiş, dindən çıxmış sayılırlar".
Hacı sözlərinə belə davam edib: "İslam dini sehrin həqiqətini inkar etməmiş, lakin tövhid inancına zərər verdiyi, onu idarə etmək çətin olduğu və çox vaxt pis məqsədlərdə istifadə olunduğu üçün qadağan etmişdir. Sehr fikirlərə, hislərə, əşya və cisimlərə təsir edir, hətta ölümlərə səbəb olur. Necə ki, bu məsələ bir hədisi şərifində belə nəql olunmuşdur: “Kim bir sehrbazın və kahinin yanına gedərsə (və dediyini təsdiqləyərsə), qırx gün namazı qəbul olunmaz”. Digər bir hədisdə isə Həzrət Əli (ə) buyurub: “Hər kəs sehrdən az yaxud da çox bir şey öyrənsə, küfr etmişdir. Əgər o, bu işindən tövbə etməzsə, Allahla onun arasında olan əhd budur ki, öldürülsün”.
"Bu hədislərdən görürük ki, sehr və cadu etmək necə haramdırsa, bu kimi işlərlə məşğul olanın yanına getmək, ondan mədət ummaq da o dərəcədə haramdır. Alimlərə görə, cadunu peşə halına gətirən və sehrbazlığı küfrə aparan kəslərin şiddətlə cəzalandırılması vacibdir".
Ayşən Vəli
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB