"Akademiyanın yaradılmasında əsas məqsəd odur ki,..." - ŞÖBƏ RƏİSİ AÇIQLADI
“Dövlət Gömrük Komitəsinin Akademiyası 2012-ci il yanvar ayının 24-də Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin müvafiq fərmanı ilə yaradılıb. Bu akademiyanın yaradılmasında əsas məqsəd gömrük xidməti üçün yüksək ixtisaslı, peşəkar kadrların hazırlanmasıdır”. Bu sözləri SİA-ya açıqlamasında Azərbaycan Respublikası Dövlət Gömrük Akamediyasının İctimaiyyətlə Əlaqələr şöbəsinin rəisi Zeynab Kazımova deyib.
Onun sözlərinə görə, akademiya fəaliyyətini bir neçə istiqamətdə qurur: “Belə ki, bizdə həm bakalvr, həm magistr, həm də Gömrük Xidməti əməkdaşları üçün müxtəlif istiqamətlər üzrə ixtisas artırma təlimləri keçirilir. Bu ixtisas artırma təlimləri çərçivəsində isə Gömrük Xidmətinə işə qəbul olan əməkdaşlar üçün ilkin xidmətə hazırlıq təlimləri təşkil olunur”.
Zeynab Kazımova sözlərinə belə davam edib: “Akademiyanın yaradılmasında əsas məqsədlərdən söz açarkən, onu qeyd etməliyik ki, Gömrük Xidməti ümumiyyətlə, təkcə Azərbaycanda deyil, dünyada dinamik, sürətlə inkişaf edən və yeniliklərə açıq olan bir sahədir. Bu baxımdan da Gömrük Xidmətində çalışacaq əməkdaşların peşəkar, yüksək səviyyəli, müxtəlif xarici dillərə yiyələnən, eyni zamanda öz peşə səriştələrini daim öz üzərində işləyərək inkişaf etdirən əməkdaşlar olmalıdırlar. Bu baxımdan akademiyanın fəaliyyəti məhz bu sahələr üzrə fokuslanıb”.
“2020-ci ilin əvvəllərindən başlayaraq dünyada və Azərbaycanda pandemiya ilə bağlı vəziyyət dəyişdi. Nəticədə, biz artıq karantin rejimi ilə üz-üzə qaldıq. Bəzən hətta sərt karantin rejimi tətbiq olunmağa başladı. Bütün dünyada olduğu kimi Azərbaycan ali təhsil müəssisələri də tədrisi məsafədən, distant və onlayn təşkil etmək qərarında oldular. Dövlət Gömrük Komitəsinin Akademiyası Azərbaycan ali təhsil müəssisələri içərisində ilk olaraq distant təhsilə keçid edib. Demək olar ki, mart ayından dərslər onlayn təşkil olunub”.
Ayşən Vəli
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB