Ölkəmizdə və ya dünyada ən çox istifadə edilən cihaz mütləq mobil telefonlardır. Cib telefonları ən çox satılan məhsullardan biridir. Ölkəmizdə telefonu olmayan gənc, yetkin və yaşlı insanları görmək qeyri-mümkün hala gəlib. Əslində, son illərdə demək olar ki, hər uşaq əlində özünə məxsus bir telefon görməyə başlanılıb. Yeni telefonların çıxması ilə insanlar telefonlarını dəyişdirmək istəyirlər. Belə hallarda hansı telefonun daha yaxşı olduğu barədə araşdırma aparırlar. Ölkəmizdə və dünyada ən çox satılan telefonlar ümumiyyətlə yaxşı telefonlardır. Bəs telefon markaları necə sıralanır?
Cib telefonu markaları hər il fərqli telefon modelləri buraxır. Bu səbəblə bazarda həddindən artıq telefon modeli var. Yeni telefonlar alacaq və ya telefonlarını dəyişdirəcək olan insanlar telefon markaları haqqında ətraflı araşdırma aparırlar. Çox telefon modeli olduğundan, insanlar üçün seçim çətin ola bilər. Həmçinin, ən çox satılan telefonlardan almaq ən məntiqli hərəkətdir. Ən çox satılan telefon markaları arasında büdcəyə uyğun olan marka seçilməli və telefon alınmalıdır.
Telefonlar həyatda əvəzolunmazdır. İnsanlar ümumiyyətlə telefonu ünsiyyət üçün alsalar da, bir çox şey üçün istifadə edirlər. Telefonların bir çox məqsədi var və həddən artıq məzmuna malikdir. Telefon alacaq insanlar telefonların xüsusiyyətlərinə baxaraq alırlar. Ancaq telefon almadan əvvəl düşünüləsi məsələlərdən biri də onların satılmasıdır. Telefon xüsusiyyətləri baxımından yaxşıdır, lakin daha az satılırsa, o telefona üstünlük verilməməlidir. Ən çox satılan telefon markaları bunlardır:
- Samsung
- IPhone
- Huawei
- Xiaomi
- General Mobile
- LG
- Vestel
- Casper
- OPPO
- Sony
- Lenovo
- Turkcell
- HTC
- ASUS
- Nokia
- Vodafone
- Motorola
- Meizu
- Oneplus
Cib telefonları ilə idarə olunmayan bir şey qalmayıb. Buna görə insanlar telefonları çox qiymətləndirirlər. Telefon markaları isə hər il onlarla yeni telefon modeli buraxır. Buna görə cib telefonlarından istifadə edən insanlar yeni modellər görmək və cib telefonlarını dəyişdirmək istəyirlər. İnsanların cib telefonlarını dəyişdirmək istədikləri zaman diqqət etməli olduqları ilk şey hansının daha çox satmasıdır. Çünki hansı mobil telefon markası ən çox satırsa, o cib telefonu daha gözəldir. Pis telefon yaxşı satılmadığı üçün ən çox satılan telefonlara diqqət yetirmək vacibdir. Ən çox satılan mobil telefon markaları mütləq “Samsung” və “Apple”dir. Lakin, "Apple" baha olduğu üçün hər təbəqədən olan insanlar bu telefonu ala bilmirlər. “Samsung” daha çox müxtəlif növdə telefon buraxır. “Samsung” markasının bir çox modeli olduğundan, hər təbəqədən olan insanlar üçün uyğun telefonlar var.
Cib telefonu alan insanlar telefonun markasına baxaraq alırlar. Əslində bu mənasız bir hərəkətdir. Telefon yalnız markasına baxaraq alınmamalıdır. Çünki telefonun markası yaxşı olsa da, şəxsin aldığı telefonun modeli yaxşı olmaya bilər. Belə hallarda şəxsin pulu boşa gedəcək. Cib telefonu alarkən ilk növbədə markaya diqqət yetirilməli, ancaq mobil telefon modellərinin satışına baxılmalıdır. Ən çox satılan telefonlar ən yaxşı telefonlardır. Cib telefonu markaları arasında "Samsung" və "Apple" ən çox satılan markalardır.
"iPhone", "Apple" tərəfindən dizayn edilmiş və istehsal olunan, multimediya və internet xüsusiyyətlərini dəstəkləyən smartfondur. İlk model 28 iyun 2007-ci ildə təqdim edilib.
"iPhone" daxili kamera, mətn mesajlaşma və vizual səs mesajları, "portativ media pleyer", "Safari internet brauzeri", "e-poçt" və simsiz internet xüsusiyyətlərinə malikdir. Üçüncü tərəf proqram təminatını da dəstəkləyən "iPhone", 2008-ci ilin ortalarında fəaliyyətə başlayan "App Store" sayəsində 1,3 milyondan çox "Apple" tərəfindən təsdiqlənmiş proqramı dəstəkləyir. Bu tətbiqlər iyirmi fərqli növə bölünərək "App Store"da siyahıya alınıb.
İlk model, toxunma ekranlı "iPhone", mobil telefon sənayesi üçün inqilabi idi. "İPhone", "iPhone 3G və 3GS"in təməlidir. Birinci nəsil "iPhone" korpusu alüminium plastikdir. "iPhone 3G"də, arxa tərəf bütövlükdə qara rəngə boyanır. Video çəkmə xüsusiyyəti və 3GS-in daha yüksək RAM tutumu bu telefonu sələflərindən fərqləndirdi.
"İPhone 4" tamamilə fərqli bir qutudan istifadə edir. Bu korpusun ön və arxa hissəsi möhkəmləndirilmiş şüşədən hazırlanır. Bundan əlavə, daha yüksək RAM tutumu və ön tərəfə baxan kamera əlavə edilib. "iPhone 4"dən sonra model olan "iPhone 4S", "iPhone 4" ilə eyni xüsusiyyətlərə sahib olsa da, fərq yalnız antenlərin dəyişdirilməsidir. "iPhone 4S", "Apple" tərəfindən xüsusi olaraq hazırlanmış iSight kamerası ilə gəlir. Eyni zamanda, telefona yalnız 4S-də çıxan səs əmri köməkçisi Siri əlavə edildi. (Siri, iOS 6, 5-ci nəsil iPod Touch və iPhone 5 ilə Yeni iPad-də istifadə edildi.) "İPhone 5", 4S xəttlərini qoruyaraq yeni bir dizaynla gəlib. Bu dizaynın ən böyük xüsusiyyəti, ekranın 4S ilə müqayisədə genişləndirilməsi və korpus materialının dəyişdirilməsidir.
Bütün bu məlumatlarla yanaşı SİA “iPhone” istifadəçiləri və ya “iPhone” almaq istəyən gənclər arasında niyə məhz bu markanı seçdikləri və ya seçmək istəmələri barədə sorğu keçirib:
Şəhər sakini Ülkər Orucova: “Əslində, “iPhone” telefonlarının “Samsung”dan elə bir fərqi yoxdur. Tək fərq varsa, o da çəkilişidir. “iPhone” daha aydın və yaxşı çəkir. Amma yerdə qalan özəlliklərinə görə samsung daha sərfəlidir. Özüm isə şəkil çəkdirmə həvəskarı olduğuma görə almışam. Əgər soruşulsa ki, qiymətinə görə dəyir? Təbii ki yox. Çünki, hər bir telefon kimi bütün funksiyaları eynidir. Hər il yeni modeli çıxan kimi gedib almağa dəymir. Bildiyimiz kimi “bahalı görünüş” amili də burada rol oynayır. Əksər insanlar bu səbəbdən “iPhone” almağa can atır. Yəni, daha bahalı görünmək üçün. Hətta günümüzdə bunun üstündə bəhsə-bəhsdir ki, “yeni model çıxan kimi “kim ilk aldı”. Hələ bir neçə il yeni “iPhone” modeli almaq fikrim yoxdur”.

Şəhər sakini Mədinə Rəhmanova: “Əvvəlki telefonum “iPhone 7” olub. İndi isə “iPhone 11" almışam. Əslində 7-ni də bəyənirdim. Yəni, bəyənmədiyim üçün dəyişməmişəm. Amma, düşünürəm ki, 11-in çəkilişi daha gözəldir. Ümumiyyətlə, "iPhone" çətinlik yaradan telefon deyil və hər işi asanlıqla görməyə imkan yaradır. Həm də incə telefon olduğu üçün bu detalı ayrıca bəyənirəm”.

Şəhər sakini Rahidə Bağırova: ““iPhone 8” istifadə edirəm. Əvvəlki telefonum isə “Samsung S5” olub. Sonradan bəyənməyib "iPhone" almışam. Əgər, yenidən telefonumu dəyişsəm, təkrardan "iPhone" seçərəm. "iPhone"nun həm şəkil çəkmə keyfiyyəti, həm də funksiyaların dizaynı çox rahat və sadədir. Buna görə də mənə ən uyğun telefon məhz budur”.
Şəhər sakini Banuçiçək Hüseynli: “Təzəlikdə “iPhone Xs Max” almışam. Telefon seçimi edərkən ona görə “iPhone”a üstünlük verirəm ki, mənə görə bu marka bahalı olsa da qiymətinin haqqını sonuna qədər verir. Bu istər çəkiliş keyfiyyətində, istərsə də yaddaşda özünü doğruldur. Düzünü desəm, mən daha çox video və şəkil çəkməyinə görə bu telefonu seçmişəm. Həm də mən jurnalistika fakültəsinin tələbəsiyəm və ixtisasıma görə kamera daha önəmlidir. Digər telefon markalarının qiymətləri baha da olsa, ucuz da olsa çəkiliş keyfiyyəti bir müddətlik yaxşı olur, sonradan isə o effekt itir”.

Şəhər sakini Səbinə Hüseynli: “Əvvəllər “iPhone” işlətmək mənim üçün mümkünsüz kimi görünürdü. Çünki funksiyalarının işlədilməsinin çox çətin olduğunu düşünürdüm. Lakin digər telefonumla bağlı yetəri qədər problemlər yaşadıqdan sonra yeni telefon axtarışına çıxdım və ən yaxşı seçimin "iPhone" olduğu qənaətinə gəldim. Telefonda mənim üçün ən önəmli özəllik yaxşı şəkil çəkməsi idi ki, məncə, "iPhone" bu baxımdan birinci sıralardadır”.

Şəhər sakini Arzu Qurbanzadə: “İlk öncə “iPhone” almağımın səbəbi şəkil çəkilişinin keyfiyyətinə görədir. İkincisi isə bu telefon digərləri ilə müqayisədə daha ələ yatandır. Yəni, mənim üçün daha rahatdır. 1500 manatlıq “iPhone” və “Samsung” markası arasında qalsam, əlbəttə ki, “iPhone” seçərəm. Həmçinin, bu telefonun səs effekti də çox güclüdür. Həm də, yaddaşı çoxdur və donmur. Hal-hazırda əlimdəki marka “8 plus”-dur və yaddaşı 64 gb-dır. 64 gb yaddaşla telefonumda 36 proqram, 7 mindən çox şəkil və 400-dən çox video var. Məncə, bu böyük üstünlükdür”.

Şəhər sakini Qönçə Quliyeva: “İndiyə kimi həm “Samsung”, həm də “iPhone” istifafə etmişəm. Əlimdəki isə mənim ikinci “iPhone” telefonumdur. “Samsung” menyu cəhətdən çox rahatdır. Bu telefona musiqi və digər proqramlar asanlıqla yüklənir. Lakin, “iPhone”da bu məsələlər çox qəlizdir. Yəni, burada musiqini birbaşa yox, yalnız xüsusi bir proqram vasitəsilə yükləmək mümkündür. Lakin, “Samsung”da da belə bir mənfilik var ki, bu telefona çox proqram yükləndikdə virus düşür. Bunun üçün də ayrıca anti-virus proqramı yükləmək lazımdır. Həmçinin, “Samsung”da ekrana lazımsız reklamlar gəlir. “iPhone”da isə bu hallarla rastlaşmamışam. “iPhone”nun digər mühüm özəlliyi isə hər şeyin “icloud”a bağlı olmasıdır. Telefonun başına nəysə gəlsə belə onun içindən heç nə silinmir və “icloud”da qalır.

Şəhər sakini Pərviz Əlizadə: “Bir neçə müddətdir ki, “iPhone” modelini işlədirəm. Əvvəl işlətdiyim “Android”dən fərqlənir. Bəzi proqramlar “Androiddə” işləmirdi. Şəkilə çox önəm verirəm. Ona görə də “iPhone”ni seçdim".
Şəhər sakini Hüseyn Hüseynzadə: ""iPhone” markadır. Şəkil çəkməyinə söz ola bilməz. Bir telfonda axtardağın nə istəsən, “iPhone”də var.
Şəhər sakini Sevinc Beybutova: “Hal-hazırda “iPhone 11” istifadə edirəm. Bundan əlavə, “Samsung”, “Xiaomi” kimi markalardan da istifadə etmişəm . Amma keyfiyyət baxımdan “iPhone” daha yaxşıdır. “iPhone” həm çəkilişinə, həm proqramlarına, həm də sürətinə görə daha öndədir. Qiyməti digərlərindən nisbətən baha olsa da, məncə, buna dəyər. Həmçinin, suya davamlılığı ən gözəl tərəfidir. Belə ki, bu telefonla yarım saat suda çəkiliş etmək mümkündür”.
Aytən Məmmədova: “”iPhone” də çəkiliş çox canlıdır. Bu da onun üstün cəhəti hesab olunur. Əgər yeni telefon alsam, “iPhone”da olan şəkil, video və musiqiləri digərinə bir-bir köçürməyə ehtiyyac yoxdur. Çünki, “İcloud” vasitəsilə avtomatik hamısı köçürülür. Məlumatların hamısı asanlıqla bir hesabda olur və hər yerdə rahat istifadə edə bilirsən. Mənə görə bu telefon çox rahatdır”.
Məsələ ilə bağlı jurnalist sosioloq Elçin Bayramlı da münasibət bildirib: “Bahalı telefon almaq əsasən dəbdir. Bizim xalqda belə bir psixoloji xüsusiyyət var ki, daha bahalı və müasir şeylərlə öyünüb, başqalarına göstərirlər. Bu birinci xüsusiyyətdir. İkinci xüsusiyyət isə internetlə bağlı daha çox imkanların və əyləncələrin olması məsələsidir. Artıq bank hesablarından tutmuş, digər bütün mühüm məsələləri telefonla həll etmək olur. Lakin, əksər insanlar ehtiyyacı olmadan 1000-2000, hətta 3000 civarında son model telefonlar alırlar. Düşünürəm ki, həmin əməliyyatlar 300-500 manatlıq telefonlarda da var. Yəni bütün bu prosesləri onlarla da etmək mümkündür”.
Onun sözlərinə görə, elə insan var ki, bahalı telefonun əlavə funksiyalarından istifadə etmir: “Lakin, buna baxmayaraq boşu-boşuna 1000 manatlıq telefon alır. Bu xəttlərin düzgün və ağıllı idarə olunmamasından irəli gəlir. Elə adam varki onlarla problemi var və telefon onun üçün onuncu yerdədir. Lakin, əksər insanlar problemlərini kənara atıb, telefonu birinci sıraya qoyub”.
Elçin Bayramlı sözlərinə belə davam edib: “O adamlar bahalı telefon almalıdır ki, işi ilə bağlı bu telefona ehtiyyacı var və bu telefon vasitəsilə öz işini, həyatını yaxşılaşdırır. Əsas məsələ isə onun bu bahalı telefonu almağa maddi imkanı çoxdur. Yəni, bütün problemlərini həll edib indi də onuncu problemi olan telefon məsələsini həll edir. Amma, tutaq ki, uşağının təhsilindən, ailəsinin boğazından kəsib başqalarına göstərmək üçün bahalı telefon olmaq psixoloji problemdir və bunun başqa izahı yoxdur”.
Ayşən Vəli
Bütün xəbərlər Facebook səhifəmizdə
.jpg)
.jpg)


USD
EUR
GBP
RUB