Qızıl yoxsa gümüş - ZÖVQLƏR NİYƏ DƏYİŞDİ? - EKSPERTLƏR AYDINLIQ GƏTİRDİ

Qızıl yoxsa gümüş - ZÖVQLƏR NİYƏ DƏYİŞDİ? - EKSPERTLƏR AYDINLIQ GƏTİRDİ

"Gümüş maddəsi dişi enerjini təmsil edir. Əgər bir qadının dişiliyi zəifdirsə daha çox gümüş əşyaları istifadə etməyi tövsiyə edirəm. Qızıl isə eril, yəni kişi enerjisini təmsil edir. Əgər kişilər qadınları anlamaqda, emosional qıtlıq çəkirlərsə onlara da gümüşü məsləhət görürəm. Əslində, hər cinsin iki enerjisi var - həm dişi həm də eril. Kişilərdə dişi enerji çox olduqda daha çox qadın təbiətli olurlar, az olduqda da qadınlarla duyğu bağı qurmaqda çətinlik çəkirlər. Qadınlarda dişi enerji çox olduqda öz ayaqları üstündə durmaqda özünə güvənməkdə çətinlik çəkir və nəticədə münasibətdə kişidən çox asılı olur. Çox olduqda isə həddindən çox kişi xarakterli olur ki, bu da onunla münasibət qurmaq istəyən kişilərdə çətinlik yaradır”. Bu sözləri SİA-ya açıqlamasında psixoloq Lalə Cəfərova deyib.

Onun sözlərinə görə, adətən bu tipli qadınlar özlərinə daha çox zəif xarakterli kişilər çəkirlər: “Ying-Yang enerjisini tarazlamaq üçün nəyinki qızıldan gümüşdən həm də daşlardan da istifadə edirəm və təsirli olur. Ancaq Azərbaycanda bu dediyiniz məsələyə gəlincə, nə məqsədlə bunu edirlər bilmirəm. Bu informasiyadan xəbərdar olduqlarını zənn etmirəm. Bəlkə də, büdcəyə uyğundur deyə gümüşə üstünlük verirlər, ya da bu sadəcə dəb olub. Bilirsiniz ki, biri bir şey etdikdə hamı o axına uyur. Belədə hər maddə xeyirlidir, amma baxır sənin nəyə və hansı enerjiyə ehtiyacın var”.

Psixoloq sözlərinə belə davam edib: “Belə də ola bilər ki, bəlkə də enerji səviyyəsində qadın enerjisinə çox ehtiyyac duyulur deyə kollektiv şüuraltıda belə bir tələbat yaranıb. Müharibənin təsiri, xəstəlikləri nəzərə alsaq insanların ruhunda buna aclıq ola bilər. Ancaq bunun üçün mütləq sorğu keçirilib ona görə nəticə çıxarmaq lazımdır. Çünki dişi enerjisi sevgini, şəfqəti, qayğını təmsil edir. Bəlkə də insanların bu gücə ehtiyyacı var. Mənim müşahidələrimə əsasən deyə bilərəm ki, insanlar müharibənin təsirindən çıxmayıblar və psixoloji olaraq əziyyət çəkirlər. Çox insan toxtamayıb və həyatda yaşamağa həvəs yoxdur. Xeyir işləri belə yola verirlər. Görürəm ki,bəlkə yenidən sevgiyə satılmağa ehtiyac var deyə dişi enerjini arzulayırlar. Bu məsələlər çox dərin enerji səviyyəsində baş verən hadisələrdir deyə, izah etməkdə çətinlik çəkirəm”.

Məsələ ilə bağlı sosioloq Asif Bayramov da münasibət bildirib: “Bu ilk öncə iqtisadi faktorlarla bağlı məsələdir. Bildiyimiz kimi, dünyada qızılın qiyməti sabit valyuta kimi aydan-aya artır. Cəmiyyətdə qızılın alınmasına imkanlar get-gedə azalır. Yəni, əhalinin gəliri sabit qaldığı halda, həm manatın alıcılıq qabiliyyəti aşağı düşür, yəni manata inflyasiyaya uğrayır, eyni zamanda da, qızılın sabit valyuta kimi qiyməti qalxır. Bu tərs mütənasibliyi təmin etmək üçün təbii ki, insanlar sosial ehtiyyaclarını dəyişərək, gümüşə üz tuturlar”.

Asif Bayramov sözlərinə belə davam edib: “Mən hesab edirəm ki, bu sırf iqtisadi faktorla bağlı bir məsələdir. Əgər, qızılın qiyməti ucuzlaşsa, yaxud Azərbaycan əhalisinin aylıq gəliri artsa, o zaman yenə də qızılın alınma səviyyəsi əvvəlki kimi olacaq”.

Ayşən Vəli

Bütün xəbərlər Facebook səhifəmizdə