Beynəlxalq Qırmızı Xaç Komitəsi Qarabağdakı işləri üçün maliyyəni 5 dəfəyədək artırdı

Beynəlxalq Qırmızı Xaç Komitəsi Qarabağdakı işləri üçün maliyyəni 5 dəfəyədək artırdı

Komitə rəhbəri: “Qarabağdakı fəaliyyətimizi tədricən artırmağa davam edəcəyik”

Komitənin Qarabağ istiqaməti üçün maliyyələşdirmə büdcəsi hazırda əvvəlki 27 ilə nisbətən təxminən 4-5 dəfə çoxdur. SİA xəbər verir ki, BQXK prezidenti Peter Maurer bu sözləri İzvestiya qəzetinə verdiyi müsahibəsində deyib.

"Əvvəllər büdcəmiz təxminən 10-11 milyon dollar idi. İndi isə 50 milyon dollara yaxınlaşırıq və bölgədəki varlığımızı əhəmiyyətli dərəcədə artırdıq"- Peter Maurer bildirib.

Onun sözlərinə görə, BQXK məcburi köçkünlərə, Dağlıq Qarabağa qayıdan insanlara kömək edir.

"Hər iki tərəfdən də məhkumları ziyarət etmək və ailələri ilə əlaqələrin bərpasında iştirak etməklə əlaqəli iş də az əhəmiyyətli deyil"- vurğulayıb.

Maurerə görə, ehtiyac yaranarsa və fürsət özünü göstərərsə, BQXK yəqin ki, Qarabağdakı varlığını artırmağa davam edəcək, lakin daha yavaş sürətlə, çünki bu əməliyyatlar üçün maliyyə əldə etmək çox çətindir.

Elçin

Bütün xəbərlər Facebook səhifəmizdə