Evində kondisioner işlədənlər diqqətli olsunlar - HƏKİM İRAD BİLDİRDİ
"Yay aylarında kondisionerlərin istifadə edilməsi qaydası ev şəraitində ən azından 20-24 dərəcə temperaturunda olması normaldır". Bu sözləri SİA-ya açıqlamasında həkim-infeksionist Namiq Nəbiyev deyib.
Onun sözlərinə görə, pandemiya səbəbindən 2020-ci ildə ümumiyyətlə kondisionerlərdən, soyuduculardan məhdudiyyətlərlə istifadə olunmasına icazə verilirdi: "Səbəb bu idi ki, xəstə insan kondisionerin işlədiyi evdə olan zaman virus havada çəkisizlik şəraitində hərəkət etməsindən asılı olaraq, bir insandan, digər insana sərbəst şəkildə yayıla bilər. Bu, indi də o öz qüvvəsindədir. İstənilən vəziyyətdə kondisionerlərdən istifadə etmək, soyuq içkilərin soyuducudan götürülüb istifadə olunması normal olaraq insana müəyyən dərəcədə təsiri var. Vətəndaşlarımız özləri bunu tənzimləməlidirlər. Bütün bütün sutka evdə kondisionerin qabağında dayanmaq, maşında kondisionerdən istifadə etmək sağlamlıq üçün çox zərərlidir".
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB