Tasin Cemil: “Şərqlə Qərb aləmi arasında dialoqun olması mümkün və dövlət üçün zəruridir”

Tasin Cemil: “Şərqlə Qərb aləmi arasında dialoqun olması mümkün və dövlət üçün zəruridir”

Gələn il "Müasir şərqşünaslığın aktual problemləri" mövzusunda beynəlxalq elmi konfrans ya Macarıstanda, ya da Yunanıstanda keçirilə bilər. SİA-nın xəbərinə görə, bu barədə Rumıniyanın Türkologiya və Mərkəzi Asiya Araşdırmaları İnstitutunun direktoru Tasin Cemil məlumat verib. O bildirib ki, hər il təkrarlanan bu konfranslar şərqşünas alimlərin dialoq vasitəsilə bir-biri ilə fikir mübadiləsi aparması məqsədini daşıyır. Bu fikir mübadilələrinin Şərqlə-Qərb arasındakı dialoqun problemləri meydana çıxardığını deyən T.Cemil vurğulayıb ki, dialoq iki aləmi bir-birinə yaxınlaşdırmaq üçün önəmli bir vasitədir: "Əks halda dünya bir çox problemlərlə üzləşə bilər. Yəni, bizim məqsədimiz də bu dünyaları bir-birilərinə yaxınlaşdırmaq və onların arasında bir körpü qurmaqdır. Elm adamları olaraq əlimizdən gələni etmək bizim borcumuzdur. Qalan məsələlər isə siyasətçilərdən asılıdır. Biz bir elm adamları kimi vəziyyəti müzakirə edib ətrafa göstərəcəyik ki, Şərqlə-Qərb aləmi arasında bu dialoqun olması, körpülərin qurulması mümkündür və dövlət üçün zəruridir. Qalan məsələlər isə siyasətçilərdən asılıdır".

Bütün xəbərlər Facebook səhifəmizdə