Bildiyimiz kimi yemiş yay fəslinin sevilən meyvələrindəndir. Bəs şirin və tam yetişmiş yemişi seçərkən nələrə diqqət etməliyik?
1. Yemiş seçərkən qabığına diqqət edilməlidir. Yumşaq qabığı olan yemişlər daha şirin olur, qalın qabıqlı yemiş isə tam yetişməmiş olur.
2. Yemişin çəkisinə diqqət etmək lazımdır. Yemişin çəkisi hündürlüyündən çox olmalıdır. Orta ölçülü yemiş digərlərindən daha ağırdırsa, bu, şirin olduğunu göstərir.
3. Bir yemiş seçərkən altına baxmağı unutmayın. Dibi dediyimiz yer yuvarlaq bir çuxurdan ibarətdir. Bir barmaqla qovunun altına toxunun. Yumşaqdırsa, deməli içi şirindir.
4. Yemişin üzərindəki xətlərə fikir verin. Əgər yemişin üzərində kələ-kötür və hamar cizgilər varsa, bu yemişin dadlı olduğunu göstərir.
5. Yemiş seçərkən əsas məqamlardan biri də qoxusunun yaxşı olmağıdır. Yemiş alarkən, qoxusundan əmin olun. Xoş bir qoxusu varsa, bu yemişin şirin olduğunu göstərir.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB