Qatarlarda soyuqdan oturmaq mümkün deyil - NARAZILIQ - QURUM AYDINLIQ GƏTİRDİ
Bakı-Sumqayıt-Bakı marşrutu üzrə hərəkət edən elektrik qatarlarında kondisioner sisteminin salonu həddən artıq soyutması bəzi sərnişinlərin narazılığına səbəb olub. Sərnişinlər bildirirlər ki, qatarlarda soyuqdan oturmaq mümkün deyil. Hətta buna görə xəstələnənlərin də olduğu deyilir.
“Azərbaycan Dəmir Yolları” QSC-nin mətbuat xidmətindən sərnişinlərin narazılığı ilə bağlı SİA-ya bildirilib ki, Abşeron dairəvi dəmir yolu istiqamətində hərəkətdə olan ikimərtəbəli elektrik qatarları iqlim şərtləri nəzərə alınaraq xüsusi işlənmiş kondisioner sistemi ilə təchiz edilib: “Bu sistem qatarlardakı temperaturu hava şəraitinə uyğun avtomatik tənzimləyir. Ona görə də qatarların texniki göstəricilərinə uyğun olaraq kondisionerlərin iş rejiminə müdaxilə etmək mümkün deyil”.
Arzu Qurbanlı
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB