“COVID-19 vaksin randevu” elektron xidməti - AKTİV EDİLDİ

“COVID-19 vaksin randevu” elektron xidməti - AKTİV EDİLDİ

İyul ayında COVID-19 xəstəliyinə qarşı peyvənd olunmaq istəyənlər 29 iyun tarixindən etibarən onlayn qaydada növbə götürə bilərlər. Bunun üçün yaşı 18-dən yuxarı olan şəxslər “COVID-19 vaksin randevu” elektron xidmətindən istifadə etməlidir. SİA-nın verdiyi məlumata görə, hazırda Azərbaycan Respublikasında “CoronaVac”, “Vaxzevria”, “Sputnik V” və “Pfizer” vaksinlərindən istifadə edilir.

Məlumat üçün bildirək ki, peyvənd olunmaq üçün növbəti ay üzrə onlayn növbənin götürülməsi cari ayın son günlərindən başlayaraq mümkün olur.

“COVID-19 vaksin randevu” elektron xidmətindən istifadə qaydası ilə buradan tanış ola bilərsiniz.

Bütün xəbərlər Facebook səhifəmizdə