Ailədaxili məsələlərin mətbuatda, televiziyada yayımlanması, ictimailəşdirilməsi son zamanlar geniş şəkildə yayılıb. Bu nə dərəcədə doğrudur?

Mövzu ilə bağlı media eksperti Azər Həsrət bildirib ki, heç kimə televiziyaya çıxıb fikirlərini ictimaiyyələşdirməyə yasaq qoyula bilməz: "O cümlədən də ailə problemi olan adamın çıxıb ailə haqqında danışmasına da hüquqi əngəl yoxdur. Yəni, insandır. Ola bilər ki, bu və ya digər şəkildə ailəsi alınmayıb və problemlə üzləşib. Lakin, buna baxmayaraq o sahəni yaxşı bilir və yaxud da hər hansı formada bu məsələlər haqqında ekspert rəyi verə bilər. Yəni, hüquq və qanun bunu yasaqlamır”.
Onun sözlərinə görə, lakin işin mənəvi tərəfi var: “Ümumiyyətlə, media inandırıcı olmalıdır. İstər televiziya, istər digər media olsun öz istifadəçisinə elə örnəklər təqdim etməlidir ki, həmin örnəklər cəmiyyətin müsbət yöndə dəyişməsinə töhvə verə bilsin. Bizdə onu müşahidə edirik ki, özünün ailə problemi olan insan, həqiqətən də bu və ya digər səbəblərdən dolayı uğursuz ailə örnəyi təşkil edən adamlar bəzən televiziyaya çıxıb uğurlu ailə modeli haqqında ağıl öyrədir. Əlbəttə ki, bu qanun tərəfindən yasaqlanmasa da, mənəvi-əxlaqi tərəfdən düzgün birşey deyil. Yəni, insan özü örnək təşkil edə bilməyibsə, özün öz təcrübəndə bunu tətbiq edib uğurlu nəticə almamısansa, hətta ağzından dür tökülsə belə cəmiyyət onu normal qarşılaya bilməyəcək. Sənin verəcəyin ağıl heç kimi düz yola çıxara bilməyəcək”.
Ekspert sözlərinə belə davam edib: “Ona görə də televiziya kanallarımız ailə məsələləri ilə bağlı ekspertlər dəvət edərkən, həmin ekspertin özünün ailə təcrübəsini nəzərdən keçirməlidirlər. Cəmiyyətdə sonsuz sayda uğurlu ailə modelləri var. Bu özəlliklə də ziyalı kəsimdə üstünlük təşkil edir. Yəni, xanımın da, bəyin də cəmiyyət içində yaxşı mənada tanındığı, qəbul edildiyi, örnək ailə modeli kimi olduğu sonsuz sayda ailələr var. Niyə bu cür məsələlərdə belə ailələr efirə dəvət olunmur? İş sahəsində də, ailə sahəsində də bu ailə uğurlu və örnəkdir və istərdik ki, cəmiyyətimiz bu cür ailələrə bənzəsin. Ama biz onu görürük ki, ümumiyyətlə ömründə normal ailəsi olmayan biri televiziyaya çıxarırlar və o, ailənin necə olması haqqında insanlara ağıl öyrədir. Təbiidir ki, bu da doğru birşey deyil. Yəni, media burada yalnış yanaşma sərgiləyir. Birinci günah belə adamları efiə çağıranda, ikinci günah isə ağıl öyrədənlərdədir”.
Məsələ ilə bağlı “Konstitusiya” Araşdırmalar Fondunun prezidenti Əliməmməd Nuriyev də fikirlərini qeyd edib: “Azərbaycanın qatıldığı beynəlxalq konvensiyalara görə, tutduğu vəzifədən, etnik mənsubiyyətindən, gəlirindən, dərisindən asılı olmayaraq hər kəs qanun qarşısında bərabərdir. İkinci tərəfdən Azərbaycan Konstitusiyasında hər kəsin ifadə və söz azadlığı var. Buna görə də şəxsin ailə vəziyyətindən asılı olmayaraq hər hansı fikir yürütməkdə azaddır. Cəmiyyət həmin şəxsin dediyi fikirləri qəbul edə də, etməyə də bilər”.
“Əlbəttə ki, kütləvi informormasiya vasitələri çox müxtəlif xarakterlərə və şəxsi məzmuna malik olan şəxslər tərəfindən müxtəlif fikirlər səsləndirilir. Ola bilər ki, bu fikirlərdə rasional və qeyri-rasional fikirlər olur. Ona görə biz seçim edəndə düzgün seçim etməliyik. İnsan ağıllı məxluqdur və onu digər canlılardan fərqləndirən ən əsas məqam də məhz budur”.
Ayşən Vəli
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB