Qax rayonunda yanğın baş verib. SİA-nın verdiyi məlumata görə, hadisə səhər saatlarında şəhərin Əliağa Vahid küçəsində Eyvaz Rəsulova məxsus ümumi sahəsi 45 kvadratmetr olan avtomobil təmiri sexində baş verib. Yanğın zamanı sexdə təmirdə olan Qax rayon sakini Zaur Abbasova məxsus "VAZ-21011" markalı avtomobil də yanıb. Dərhal əraziyə Qax Dövlət Yanğından Mühafizə Hissəsinin 2 yanğınsöndürən texnikası və şəxsi heyəti cəlb olunub.
Hadisə nəticəsində sex və içərisindəki avtomobil yanıb. Yaxınlıqda olan ümumi sahəsi 450 kvadratmetrlik obyekt, tikiş sexi, yaşayış binaları və "Azpetrol" yanacaqdoldurma məntəqəsi yanğından mühafizə olunub.
Faktla bağlı araşdırma aparılır.
Müəllif: Mirqəmər Mənsimova
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB