Ağdaşda faciəli qəza: ölü və yaralılar var - VİDEO

Ağdaşda faciəli qəza: ölü və yaralılar var - VİDEO

Ağdaşda ölümlə nəticələnən yol qəzası baş verib. SİA-nın verdiyi məlumata görə, hadisə Bakı-Qazax-Gürcüstan magistral yolunun Ağdaşın Ləki qəsəbəsindən keçən hissəsində qeydə alınıb. Belə ki, sürücü 62 yaşlı Ramiz Salmanov minik maşını ilə Gəncə istiqamətində hərəkət edərkən eyni istiqamətdə yol kənarında dayanan yük maşınına çırpılıb.

Qəza nəticəsində sürücü və minik maşınında olan sərnişinlərdən biri həlak olub, digəri isə yaralanıb. Dərhal hadisə yerinə təcili tibbi yardım stansiyasının briqadası cəlb olunub. Yaralı Yevlax Rayon Mərkəzi Xəstəxanasına yerləşdirilib.

Faktla bağlı araşdırma aparılır.

Müəllif: Mirqəmər Mənsimova

Bütün xəbərlər Facebook səhifəmizdə