Yağış yağacaq, şimşək çaxacaq - PROQNOZLAR BÜROSUNUN DİREKTORU

Yağış yağacaq, şimşək çaxacaq - PROQNOZLAR BÜROSUNUN DİREKTORU

“Yaxın iki gün ərzində Bakıda və Abşeron yarımadasında hava şəraitinin yağmursuz keçəcəyi gözlənilir. Mülayim şimal qərb küləyi arabir güclənəcək. Havanın tempraturu günorta saatlarında 29-34 dərəcə olacaq”. Bu sözləri SİA-ya açıqlamasında Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Xidmətinin Proqnozlar Bürosunun direktoru Gülşad Məmmədova deyib.

Onun sözlərinə görə, bölgələrdə də hava şəraitinin əksər rayonlarda əsasən yağmursuz keçəcəyi gözlənilir: “Lakin, gecə və axşam saatlarında bəzi şimal və qərb rayonlarında şimşək çaxacağı, qısamüddətli yağış yağacağı ehtimal olunur”.

“Havanın tempraturu 33-38, dağlıq ərazilərdə isə 22-27 dərəcə isti olacaq”.

Ayşən Vəli

Bütün xəbərlər Facebook səhifəmizdə