Enerji içkisi alarkən diqqətli olun! - NÜANSLAR - MÜTƏXƏSSİSDƏN AÇIQLAMA
“Ümumiyyətlə yay aylarında təhlükələr əsasən içkilərlə bağlı olur. Xüsusilə də qazlı və enerji içkiləri təhlükə qrupuna daxildir. Enerji içkiləri həm qazlı, həm qazsız ola bilər. Lakin, bu içkilər nəticəsində günü-gündən ölümlərin sayı artır. Bu da bu içkilərin saxta yollarla istehsal olunmasından irəli gəlir”. Bu sözləri SİA-ya açıqlamasında sağlam qidalanma mütəxəssisi Məhsəti Hüseynova deyib.

Onun sözlərinə görə, bütün bu saxtakarlıqlar yalnız Azərbaycanda deyil, dünyanın bir çox ölkələrində qarşımıza çıxır: “Enerji içkilərindən ən çox zərər çəkən də təbii ki, gənclər və yeniyetmələrdir. Gənc və yeniyetmə dedikdə 13-14 yaşdan yuxarı və 35 yaşa qədər olan insanlar nəzərdə tutulur. Onlar bu içkilərdən spirtlə istifadə etdikdə daha təhlükəli hal alır. Çünki, tərkibində kofein və taurin maddəsi var ki, bu maddənin spirtlə reaksiyası orqanizmə çox ciddi fəsadlar törədir. Əsasən də ürəkdə aretmiya baş verir və birdən-birə mərkəzi sinir sisteminin funksiyası pozulur ki, mütləq şəkildə bundan qaçınmaq lazımdır”.
“Təbii ki, yay aylarında istehlak daha çox olduğu üçün işbazlar da öz əməllərindən geri qalmayaraq, enerji içkiləri adı altında saxta içkilər istehsal edirlər. Bu da bəzən üzərində yazılan tərkiblə içəridəkinin əksi olur. Həmçinin, bir çox vitaminləri qeyd edərək gəncləri aldadırlar. Ona görə də, ümumiyyətlə enerji və qazlı rəngli içkilərdən uzaq durmaq lazımdır. Çünki, 25 yaşa qədər orqanizm hələ tam formalaşmamış olduğu üçün zərərli məhsullar orqanizmin istər fiziki, istər əqli inkişafında çox böyük fəsadlara yol açır”.
Məhsəti Hüseynova sözlərinə belə davam edib: “Bu içkilər eyni zamanda qan təzyiqinin yüksəlməsi, ürəkbulanma, qusma və digər metabolik sindromlarla rast gəldiyimiz xəstəliklərə səbəb olur. Xüsusilə də, idmançılar və cəmiyyət arasında tanınmış şəxslərin bu içkiləri istifadə edərək təbliğ etməsi daha arzuolunmaz haldır”.
“Yaxşı olar ki, enerji içkilərinin tərkibində şəkər miqdarı həddindən artıq çox olduğu üçün bu da şəkərli diabet xəstəliyi riskini də artırır. Əgər biz yay aylarında sərinləmək və enerjili olmaq üçün təbii içkilərdən istifadə etməliyik. Məsələn, suyun turşuluğunu, qələvi mühitini artırıb daha faydalı etmək üçün axşamdan sevdiyimiz meyvələri suya doğrayıb səhər gün ərzində onu içə bilərik. Buraya müxtəlif meyvələr daxildir. Eyni zamanda nanə, reyhan, bal və s. suya əlavə edib içmək çox faydalı hesab olunur. Bütün bunlarla yanaşı, təbii meyvə şirələri də var ki, yüksək çəkili insanlar portağal və qreypfrut, alma və kökü qarışdırıb içə bilərlər ki, bunlar da gün boyunca gümrah və enerjili olmağa daha kömək edir. Ən önəmlisi isə sağlam şəkildə enerji yığmağı təmin edir”.
Ayşən Vəli
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB