Hər cür maskanı üzünüzə vurmayın! - HƏKİM KOSMETOLOQ XƏBƏRDARLIQ ETDİ
“Pandemiya dövründə virusdan qorunmaq üçün istifadə etdiyimiz tibbi maskalar bir tərəfdən bizi qorusa da, digər tərəfdən üz dərisində səpgilərə, sızanaqlara yol aça bilir”. Bu fikirləri SİA-ya açıqlamasında həkim-kosmetoloq Nigar Sultanova deyib.
Həkim-kosmetoloqun sözlərinə görə, kosmetik vasitələrdən istifadə etdikdən sonra üzə tibbi maskanın taxılması dəriyə ikiqat zərərlidir: “Çünki bu zaman dəri nəfəs ala bilmir. Ona görə də üz dərisinə qulluq bu zamanlarda daha da vacib hesab edilir. Bəzən xanımlarımız evdə kustar üsulla hazırlanan maskalardan istifadə edirlər. Lakin bu cür maskaların kosmetoloq məsləhəti olmadan istifadəsi məqsədəuyğun deyil”.
N.Sultanova vurğulayıb ki, ilk öncə dəridəki problemi həkim-kosmetoloq müəyyənləşdirməli, həmin problemə və dəri tipinə uyğun kosmetik prosedurdan istifadə etməlidir. Şüursuz şəkildə edilən maskaların üz dərisinə xeyrindən çox ziyanı dəyə bilər. Buna görə də məhz kosmetoloq məsləhəti olmadan üz dərisinə maskalar etməyin nəticələri ürəkaçan olmaya bilər”.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB