Gözəl və gənc qalmaq istəyirsinizsə....DİQQƏT! - QİDA TEXNOLOQU AÇIQLADI
“Yaponiyanın Okinava adasında araşdırma aparılır və müşahidə olunur ki, bu adanın sakinləri 100-110 il yaşayırlar. Yəni, bu insanlar nə ilə qidalanır ki, bu qədər uzun yaşayır? Nəzərə alsaq ki, onlar adada yaşadıqları üçün yüngül zülallar istehlak edirlər. Məsələn, balıq, midye, krivetkalar və müəyyən dəniz məhsulları. Bunları sağlam qalmaq üçün edirlər. Orqanizmdə yüngül zülallardan istifadə gənc qalmağa kömək edir”. Bu sözləri SİA-ya açıqlamasında qida texnoloqu Ağa Salamov deyib.
Onun sözlərinə görə, onlarda “sweet potato” deyilən bir şey var: “Yəni, şirin kartof yetişir və bənövşəyi rəngdədir. Təbiətə yaşıl rəngi verən xlorofillərdirsə, kartofa da bu rəngi verən antosian maddəsidir. Bu maddə bənövşəyi rəng verən antioksidantdır”.
Ağa Salamov sözlərinə belə davam edib: “Onların gənc qalmağının səbəbi bu kartofdan çox istifadə etmələridir. Ümumiyyətlə təbiətdə olan qara tut başqa olmaqla, bənövşəyi rəngli qidaları (qırmızı kələm, badımcan və s. daxil olmaqla) istehlak etdiyimiz immunitet sistemimizi gücləndirir. Gənclik sirlərindən biri də bu qidalardır”.
Ayşən Vəli
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB