Sumqayıt bulvarından niyə üfunət iyi gəlir? - QURUM AYDINLIQ GƏTİRDİ
Sumqayıt şəhər bulvarında acınacaqlı vəziyyət höküm sürür. Bulvar ərazisindən gələn kəskin üfunət bura istirahətə gələn vətəndaşları narahat edir. Sakinlər ərazidə pis qoxu səbəbindən gəzə bilmədiklərini deyirlər. Bəs problemin yaranmasına səbəb nədir? Əməkdaşlarımız məsələni araşdırıb.
SİA olaraq Sumqayıt Şəhər İcra Hakimiyyətinə müraciət etdik. Qurumdan Agentliyimizə bildirilib ki, Xəzər dənizinin Sumqayıt sahilində, xüsusilə bulvar ərazisində çirkab suların dənizə axıdılması qeyri-mümkündür: “Çünki şəhər ərazisində mərkəzləşdirilmiş kanalizasiya sistemi mövcuddur və bütün xətlər bu sistemə qoşulur. Bəzi ərazilərdə yağış və qrunt suların axıdılması üçün borular mövcuddur, ancaq bu borulardan çirkab suların axıdılması mümkün deyil. Bu məsələ xüsusi diqqət mərkəzində saxlanılır”.
Qurumdan həmçinin üfunət qoxusuna da aydınlıq gətirilib: “O ki qaldı iy məsələsinə, dənizin çəkilməsi nəticəsində sahilə xeyli mamırlar toplanmışdı və bir neçə həftə öncə bununla bağlı dənizdə təmizlik işləri aparılıb. Bu gün də bu işlər davam etdirilir”.
Arzu Qurbanlı
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB