30 iyun 2021-ci il tarixində Bakı Fotoqrafiya Evində İordaniya dövlətinin yaradılmasının 100 illiyi münasibətilə İordaniya Haşimilər Krallığının Azərbaycan Respublikasındakı Səfirliyi, Amman Şəhər İcra Hakimiyyətinin və İMM-nin birgə təşkilatçılığı ilə “Amman, 100 illik yürüş” adlı foto sərgi keçiriləcəkdir. SİA xəbər verir ki, bu sərginin keçirilməsi mühüm bir milli hadisə olaraq, iki qardaş xalqın əməkdaşlıq əlaqələrinin dərinliyini xatırlatmaq üçün bir fürsətdir. 04 iyul 2021-ci il tarixinədək davam edəcək sərgidə siyasi, tarixi və mədəni əhəmiyyətə sahib olan Amman şəhərinin yüz ildən bəri tarixi inkişafını tərənnüm edən 40 ədəd A3 formatında 5 mm-lik foreks üzərində çap edilmiş foto şəkillərlə tanış ola biləcəksiniz.
Burada həmçinin paytaxt şəhərin və onun sakinlərinin mədəniyyətini əks etdirən bir çox fərqli memarlıq və tarixi abidələrin əks olunduğu fotolar da təqdim ediləcəkdir. Sərginin açılışı İordaniyanın paytaxtı Amman şəhərinin meri Yusif Şavarben salamlama və təbrik video-roliki vasitəsilə mərasimə qoşulacaqdır. Sərgi İordaniya Krallığına həsr olunmuş müxtəlif sənədli filmlər və ölkənin milli musiqisi ilə müşayiət olunacaqdır.
Diqqətinizə çatdıraq ki, sərgi mövcud karantin rejimi qaydalarına uyğun formada keçiriləcəkdir.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB