Diaspora nümayəndələri Azərbaycan Silahlı Qüvvələr gününü qeyd edib - FOTOLAR

Diaspora nümayəndələri Azərbaycan Silahlı Qüvvələr gününü qeyd edib - FOTOLAR

26 İyun Azərbaycan Silahlı Qüvvələrinin yaranmasının 103 cü ildönümü münasibəti ilə Antalyada yaşayan azərbaycanlılar, Antalya Azərbaycan Kültür və Dayanışma Dərnəyinin təşkilatçılığı ilə bir araya gəldilər.

SİA xəbər verir ki, həm Silahlı Qüvvələr Gününü, həm də pandemiya səbəbindən təxirə salınmış Vətən savaşındakı Qələbəmizi qeyd edən həmvətənlərimizə İrak Türkmən Birliyi və Dayanışma Dərnəyi Başqanı Kürşat Çavuşoğlu və idarə heyəti, Ahıska türkləri və Antalya Türk Ocaqları təşkilatının sədri Abdullah Uysal, Qazaxıstan Dostluq Dərnəyi və heyəti qatılıb.

Tədbirin təşkilatçısı olan Antalya Azərbaycan Kültür və Dayanışma Dərnəyi İdarə heyətinin sədri Ceyran Səttarova və sədr müavini Azər İsmayıl gələn qonaqlara təşəkkürlərini bildirərək bu günlərdə birlik və bərabərliyin önəmli olduğunu vurğulayıblar.

Müəllif: Aysel Məmmədova

Bütün xəbərlər Facebook səhifəmizdə