55 nəfər koronavirusa yoluxub - ölən yoxdur

55 nəfər koronavirusa yoluxub - ölən yoxdur

Azərbaycanda koronavirus (COVID-19) infeksiyasına 55 yeni yoluxma faktı qeydə alınıb, 67 nəfər müalicə olunaraq sağalıb. Nazirlər Kabineti yanında Operativ Qərargahdan SİA-ya verilən məlumata görə, ölüm faktı qeydə alınmayıb.

İndiyədək ölkədə ümumilikdə 335 796 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib, onlardan 330 026 nəfər müalicə olunaraq sağalıb, 4 967 nəfər vəfat edib, aktiv xəstə sayı 803 nəfərdir.

Bütün xəbərlər Facebook səhifəmizdə