Yaxın 3 gündə hava belə olacaq - PROQNOZLAR BÜROSUNUN DİREKTORU

Yaxın 3 gündə hava belə olacaq - PROQNOZLAR BÜROSUNUN DİREKTORU

“İyunun 29-a qədər ölkə ərazisində günəşli anomal isti hava şəraitinin davam edəcəyi gözlənilir. Havanın maksimal tempraturu Bakıda və Abşeron yarımadasında 37-39, bəzi yerlərdə 40-42, aran rayonlarında 37-40, bəzi yerlərdə 42-44, dağlıq rayonlarda isə 28-33 dərəcə isti olacaq”. Bu sözləri SİA-ya açıqlamasında Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Xidmətinin Proqnozlar Bürosunun direktoru Gülşad Məmmədova deyib.

Onun sözlərinə görə, lakin artıq iyun ayının 29-da cənub-şərq küləyi şimal-qərb küləyi ilə əvəz olunacaq: “Ayın 29 və 30-da şimal-qərb küləyinin maksimal sürəti arabir 15-18 metr saniyəyə çatacaq. Havanın tempraturu 29-da bu günlərlə müqayisədə tədricən 4-5 dərəcə aşağı enərək, tempraturun Bakıda və Abşeron yarımadasında 30-35, aran rayonlarında isə 33-38 dərəcə isti olacağı gözlənilir”.

Ayşən Vəli

Bütün xəbərlər Facebook səhifəmizdə