"Soyunmaqla cəmiyyətə nə fayda verə bilərik?" - EKSPERT DİLƏ GƏLDİ

"Soyunmaqla cəmiyyətə nə fayda verə bilərik?" - EKSPERT DİLƏ GƏLDİ

Sosial şəbəkələr bütün xalqların həyatına mənfi mənada çox ciddi təsir göstərir. Sosial şəbəkələrin əlbəttə xeyirli tərəfləri var və onlar informasiyanı vaxtında almaq, insanların fikirlərini açıq şəkildə ifafə etmək, söz azadlığına şərait yaratmaq kimi müsbət tərəfləri də var. Çox təəssüf ki, insanlar bundan sui-istifadə edirlər. İnsanlar məşhurlaşmaqdan ötrü əsasən "TikTok", "Facebook", "İnstagram"da hər cür hərəkət edirlər. Bu cəmiyyətin zövqünün korlanmasına səbəb ola bilir. Bu sözləri SİA-ya açıqlamasında Jurnalist Ekspert Mərkəzinin sədri Ceyhun Musaoğlu deyib.

Onun sözlərinə görə bu kimi hallar cəmiyyətdə mənfi nümunəyə gətirib çıxara bilir: "Bununla bağlı bir misal çəkə bilərəm. Sinqapurda baş nazir Li Kuan Yu apardığı müşahidələrdən belə qəanaətə gəlir ki, ağıllı kişilərin əksəriyyəti gözəl, lakin çox ağıllı olmayan qadınlarla ailə qururlar. Nəticədə ağıllı qadınların əksəriyyəti subay qalırlar. O, 1982-ci ildə diplomlu qadınlarla ailə quran kişilərin yüksək məbləğdə mükafatlandırılması barədə qərar çıxarır. Həmin qərara görə dünyaya ikinci uşaq gətirən diplomsuz qadın cərimələnir. Li Kuan Yu istedadlı uşaqlar üçün yeni məktəblər tikdirirdi. O, belə hesab edirdi ki, ailədə uşaqların sayı ikini ötmədikdə onlara yaxşı təhsil vermək olar. Buna görə üçüncü uşağın dünyaya gəlməsinə qadağa qoymuşdu. Öz ölkəsini xilas etməkdən ötrü möcüzəvi düşüncə tərzinə malik olub. Biz də artıq bu trendlərdən yaxa qurtarmalıyıq. Cəmiyyətə, insanlara faydalı olan şeyləri trendə çevirməliyik. Soyunmaqla cəmiyyətə nə fayda verə bilərik? Biz sosial şəbəkələrlə bağlı ciddo qərar qəbul etməliyik. Mənasız işlər görərək trendə düşmək istəyənlər cəzalandırılmalıdır. Çünki cəmiyyətin zövqü korlanıb. QHT-lər bununla bağlı layihələr təşkil etməlidir. Kim ki, cəmiyyətin zövqünü korlayaraq hərəkət edirsə, həmin adam məzəmmət olunmalıdır, ictimai qınağa tuş gəlməlidir".

Müəllif: Arzu Qurbanzadə

Bütün xəbərlər Facebook səhifəmizdə