İyul ayının 1-dən etibarən müəyyən şərtlərlə Azərbaycanda toylara icazə veriləcək. Nazirlər Kabinetinin verdiyi qərara əsasən, tələblərə riayət etməklə şənlik mərasimlərinin (toy, nişan, ad günləri və s.) keçirilməsinə icazə verilir. Qərarda şənlik mərasimlərində qonaqların ümumi sayı 150 nəfərdən çox olmamalı və zallara görə qonaq tutumu müəyyən olunmalıdır. 50 nəfərə qədər qonağın iştirakı ilə təşkil olunan toy və şənlik mərasimlərinin keçirilməsi üçün "Covid-19" pasportunun təqdim olunması tələb olunmur. 50 nəfərdən 150 nəfərə qədər şəxsin iştirakı ilə təşkil olunan toy və şənlik mərasimlərində isə "Covid-19" pasportunun təqdim olunması tələb olunur. Restoran işçiləri isə tələb olunan qaydalara riayət etməlidir. İşçilərin tibbi maskalardan istifadə etməsi məcburidir. Belə ki, tələbləri pozan şənlik mərasimlərinin keçirilməsi qadağandır. Bəs Toy və şənliklərin keçirilməsinə icazə verilməsi şəhər sakinlərdə hansı təəssüratla qarşılanıb?
Bakı şəhər sakini Lətifə Bağırova: "Normal həyata qayıdış bizi sevindirir. Lakin restoranlarda çox adam olanda "Covid" pasportu tələb olunur. Az adam olduqda isə "Covid" pasport tələb olunmur. Bu isə müəyyən mənada məntiqə uyğun gəlmir. Əgər çox adam olan yerdə "Covid" pasport tələb olunursa, az adam olan yerdə də "Covid" pasport tələb olunmalıdır. Yəni ki, qonaqların sayı müəyyən qədər az olsa belə "Covid-19" yayıla bilər".
Paytaxt sakini Rəfayıl Əfəndiyev: "Normal həyata qayıdış bizi sevindirsə də, insanların pandemiya şəraitində restoranlarda sıxlıq təşkil etməsi məni məyus edir. Pandemiya qaydalarına əməl olunması normal həyata qayıdışın əsas şərtlərindəndir".
Şəhər sakini Samir Mərdanlı: "Restoranların açılmasını yaxşı qarşılayıram. 150 nəfər, yaxud 50 nəfər say hesabına bölünməsini düzgün hesab etmirəm. "Covid-19" yolxucu xəstəlikdir. Belə ki, bir nəfərdə də olsa bu yayıla bilər. Düşünürəm ki, qaydalara əməl olunmasa yoluxma sayı bir necə aya yenidən arta bilər".
Şəhər sakini Əlizadə Almaz: "Toyda çox adamın iştirakının əleyinəyəm. Az adamla da toy və şənlik keçirmək mümkündür. Düşünürəm ki, 500 nəfərlik toyların keçirilməsinin yeni təməli qurulan ailəyə heç bir təsiri yoxdur. Sadə 50-100 nəfərlə keçirilən toy hesab edirəm ki, daha yaxşıdır. Dövrümüz və Pandemiya şərtləridə bizdən az insanla təşkil olunan toyların keçirilməsini tələb edir".
Məsələ ilə bağlı sosioloq Lalə Mehralı SİA-ya bildirib ki, dövlətimiz 50 nəfər peyvənd olunmayan insanın toylarda istirak etməsinə icazə verib: "150 nəfərlik keçirilən toylarda isə peyvənd tələb olunur. Bu qaydalara əməl etmək hamı üçün vacibdir. Toy və şənlikləri keçirmək istəyən şəxs qaydaları nəzərə almaqla keçirməlidir. Restoranda qanunlara əməl etməyən şəxslər hüquq mühafizə qurumları tərəfindən saxlanılacaq. Bu zaman toya dəvət olunan şəxslər də elə bir ajiotaj yaşanır ki, bu şəxslərin özü də toya getdiyi üçün peşman olur. Ümumiyyətlə, toy ənənələrinin dəyişməsi baxımından bu bir fürsətdir. Pandemiya bizə göstərdi ki, 500 nəfərlik toyların keçirilməsinə ehtiyac yoxdur. Toyların keçirilməsinə icazə verilməsi insanlarda sevincə səbəb olub. Artıq 17 aydır ki toylar keçirilmir, bu qərar buna görə insanları sevindirib. Toyların keçirilmə qaydaları mətbuatda dərc olundu və hər bir şəxs qaydalardan xəbərdardır. Restoran danışarkən işbazların əməllərindən uzaq durmaq lazımdır. Restoran danışanda bütün qaydaları aydınlaşdırılması və razılaşdırılması lazımdır. Toyların keçirilməsi zamanı müvafiq qurumlar və hüquq mühafizə qurumları tərəfindən nəzarət keçirilir. Bu mənada toy sahibləri və restoran sahibləri məsuliyyətli olmalıdırlar".
Mövzu ilə əlaqədar beynəlxalq ekspert Asif İbrahimovun da fikirlərini öyrəndik: "İyul ayının 1-dən etibarən toy və şənliklərin keçirilməsinə icazə veriləcək. Verilmiş qərarları unikal adlandırardım. Bilirik ki, Azərbaycan xalqının adət və ənənəsində toy mərasimlərinin keçirilməsi xüsusi rola malikdir. Restoran sahiblərinin toy mərasimlərinin təşkil olunması istiqamətində çəkilən xərcləri əvvəlki xərclər ilə eynidir. Lakin əvvəl 350-500 nəfər qonaq qəbul olunurdusa , indiki şəraitə uyğun olaraq 50-150 nəfər qonaq qəbul etmək mümkün olacaq. Təbii ki, belə olduğu halda toyların keçirilməsinin maya dəyərinə təsir edəcək və bu sahədə qiymətlərdə artım gözlənilir. Bu isə müəyyən mənada restorana verilən ödənişlərdə özünü göstərəcək. Restoranlar da işləyən işçi heyəti tibbi maska taxması məcburidir. Qaydaların əməl olunması ilə bağlı ilkin dövrlərdə çətinlik yarana bilər. Toy və şənliklərə çağırlan qonaqların Covid-19 pasportunun tələb olunması müəyyən mənada fikir ayrılıqlarına səbəb olub. Ümimiyyətlə, ictimaiyyətə bu məsələ daha çox məlumatlandırılmalıdır. Tövsiyyə edərdim ki, beynəlxalq standartlaşma təşkilatının Covid-19 pandemiyası zamanı təhlükəsiz iş mühitinin təşkili üzrə ümumi tələblər üzrə beynəlxalq standartına əməl olunsun. Həmin standratların restoran və iaşə obyektlerində həyata keçilməsi və tətbiqi gündəmə gətirilməlidir və bu standartın tələbləri əsasında qərarlar qəbul olunmalıdır. Sosial məsafənin qorunması ilə bağlı düşünürəm ki toylarda ciddi riayət olunmayacaq.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB