Satıcıların müştərilərə söyləmədiyi 6 fənd

Satıcıların müştərilərə söyləmədiyi 6 fənd

Alış-veriş vərdişlərimizdən xəbərdar olan satıcılar daha çox məhsul satmaq üçün bəzi fəndlərdən istifadə edirlər. SİA Türkiyə mətbuatına istinadən xəbər verir ki, bunlara saxta endirimlər, fərqli bədən ölçüləri və istifadə etdikləri materialdakı dəyişikliklər daxildir. Sadəcə satışda olduğu üçün məhsul almaq istəyirsinizsə, yenidən düşünməlisiniz. Satıcıların müştərilərə heç vaxt söyləmədikləri 6 fənd:

1. Yalan endirim

Endirim gördükdə, dayana bilməyib ehtiyacınız olmasa da həmin məhsulu alırsınız? Satışlar müştəriyə yox, firmaya qazanc əldə etmək üçün edilir. Bəzən satıcılar malları endirimdə göstərmək üçün əvvəlcədən bir qədər yüksək deyirlər. Xüsusilə onlayn satışlarda bu vəziyyətlə tez-tez qarşılaşırıq. Yəni, gördüyünüz hər endirim əsl endirim deyil.

2. Geyimlərin ölçüləri markaya görə fərqli ola bilər

Markaların fərqli geyim nümunələri var. Bir markanın 34 ölçüsü digər markanın 36-na bərabər ola bilər. Bəzi markalar qadın müştərilərin paltarları asanlıqla ala bilməsi üçün ölçülərini azalda bilər.

3. Məşhur dizaynerlərlə iş birliyi keyfiyyəti artırmaz

Bəzi şirkətlər daha çox məhsul satmaq üçün məşhur dizaynerlərlə əməkdaşlıq edə bilər. Həmçinin, məhdud sayda məhsulları əvvəlki məhsulları ilə eyni keyfiyyətdə olacaq.

4. Satış bölümləri bilərək dağınıq görünə bilər

Bəzi mağazalarda bir-birinin üstünə yığılmış, səbətlərə atılan və ya hətta yerə qoyulmuş məhsulları görə bilərsiniz. Səbəbi müştərilərin burada yaxşı bir sövdələşmə olduğunu düşündürməkdir. Beləliklə, bu dərhal bir şey almaq arzusu oyadır.

5. Sintetik məhsullar təbiilərlə eyni maliyyədədir

İstehsalçılar təbii parçadan hazırlanan məhsulları daha baha satsalar da, sintetik məhsullarla eyni qiymətə başa gəlirlər. Təbii məhsul yalnız müştərini yanıltmaq üçün etiketlənir.

6. Bahalının yanında ucuz məhsullar da istehsal olunur

Lüks mağazalar da bahalı məhsulların ucuz variantlarını istehsal edir və istədikləri qazancı əldə etmək üçün satış nöqtələri kimi satırlar.

Ayşən Vəli

Bütün xəbərlər Facebook səhifəmizdə