Qaxda böyük partlayış, ölən var -VİDEO

Qaxda böyük partlayış, ölən var -VİDEO

Qaxda partlayış baş verib. SİA-nın xəbərinə görə, hadisə rayonun Süskənd kəndi ərazisində yerləşən "Qax Mineral Suları" MMC-də qeydə alınıb.

Belə ki, iş prosesi zamanı şirkətdə anidən partlayış baş verib. Bu zaman orada olan şirkətin nəzarətçisi Aydın Şabanov aldığı ağır xəsarətlərdən hadisə yerindəcə vəfat edib.

Əraziyə hüquq-mühafizə orqanlarının əməkdaşları və təcili tibbi yardım briqadasının həkimləri cəlb olunub. Hazırda hadisənin baş vermə səbəbləri araşdırılır.

Müəllif: Mirqəmər Mənsimova

Bütün xəbərlər Facebook səhifəmizdə