İyun ayının 29-da Azərbaycan Mətbuat Şurasında jurnalistlərin “COVID-19” infeksiyasına qarşı vaksinasiyası həyata keçirələcək.
Şuradan SİA-ya verilən məlumata görə, vaksinasiya 31 may 2021-ci il tarixdə vaksinin birinci dozası tətbiq edilmiş jurnalistlərə aiddir. Onlara vaksinin ikinci dozası tətbiq ediləcək.
Azərbaycan Mətbuat Şurası jurnalistlərdən və kütləvi informasiya vasitələrinin rəhbərlərindən bunu nəzərə almağı xahiş edir.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB