Bəzi akademiklər siyasi ideologiyalardan danışarkən anarxizmdən də danışmağı gərəksiz görürlər. Çünki anarxist partiyalar hələ indiyə qədər heç bir dövlətdə hakimiyyətə gələ bilməyib. Ancaq bu anarxizmin təsirsiz olduğu mənasına gəlmir. Bir çox dövlətdə anarxist hərəkatlar həmin dövlətlərin siyasətinin gündəmini dəyişdiriblər.
Bəs anarxizm nədir? Anarxizm istənilən cür siyasi hakimiyyəti, eləcə də dövlət formalarını rədd edən siyasi ideologiyadır. Anarxistlərin fikrincə, dövlət həm pisdir, həm də gərəksizdir. İnsanlar dövlətlər olmadan daha azad yaşaya bilərlər. Çünki dövlətlər təbiəti etibarilə, insanlara müxtəlif qanunlar qoyaraq, cəzalar tətbiq edərək onların azadlıqlarına sərhəd qoyur. Yəni, anarxistlər dövlətsiz cəmiyyətin tərəfdarıdırlar.
Anarxizm qurmaq istədiyi bu dövlətsiz cəmiyyətdə həm liberalizmin, həm də sosializmin bəzi fikirlərindən təsirlənib. Onlar həm də liberal individualizmdən təsirlənib, cəmiyyətin kiçik sosial, birgə işləyən kommunalardan ibarət olması fikrini dəstəkləyir. Sırf bu səbəbdən bəzi akademiklər qeyd edirlər ki, anarxizm həm ultraliberalizmdir, həm də, ultrasosializm (ultra – yəni, qatı, həddindən artıq).
Bütün xəbərlər Facebook səhifəmizdə