Feminizm ən sadə dillə izah etsək, cəmiyyətdə gender bərabərliyinin tərəfdarı olan siyasi ideologiyadır. Feministlər düşünürlər ki, cəmiyyətdə seksual və gender bərabərsizliyi mövcuddur, kişilər qadınlardan daha çox siyasi, sosial və iqtisadi gücə malikdir. Feminizmin aradan qalxmasını istədiyi bərabərsizlik də budur.
Feminizm ilkin olaraq sosial cəhətdən bərabərsizliyi qeyd edir. Feministlər düşünürlər ki, qadınlar cəmiyyətdə kişilərlə eyni sosial statusa malik deyillər. Liberalizmdə bəhs etdiyimiz eyni hüquqlara və imkan bərabərliyinə də sahib deyillər. Bundan əlavə olaraq, feministlər həm də iqtisadi bərabərsizlikdən də danışır. Onlar inanırlar ki, qadınlar kişilərlə eyni iş imkanlarına da sahib deyil. Və həm də qadınlar daha çox iqtisadi sistem tərəfindən evə həbs edilib. Qadınlar evdə uşaqlarına baxaraq gələcəyin kapitalistləri üçün işçi sinifi hazırlamağa məhkumdurlar.
Son olaraq, onlar həm də siyasi bərabərsizlikdən də danışır. Siyasətdə iştirak etmək qadınlar üçün daha çətin və keşməkeşlidir. Sırf bu səbəbdən siyasi hakimiyyətlərdə də daha çox kişi liderlər tapmaq mümkündür.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB