Paytaxt sakinlərinin toylarla bağlı qərara münasibəti - SORĞU

Bildiyiniz kimi son aylarda COVİD-19 infeksiyasına yoluxma hallarının sayında əhəmiyyətli azalma və ümumi epidemioloji vəziyyətin müsbətə doğru dəyişməsi ilə Nazirlər Kabineti yanında Operativ Qərargah 2021-ci il iyulun 1-dən şənlik mərasimlərinin (toy, nişan, ad günləri və s.) keçirilməsinə icazə verilməsi haqqında qərar verib. Bu qərarla bağlı SİA paytaxt sakinlərinin münasibətlərini öyrənib:

.Paytaxt sakini Fatimə Hüseynova: “Məndə bir vətəndaş kimi bu qərarın çıxmasını gözləyirdim. Oğlum 1 il yarımdan artıqdır ki nişanlı idi. Və toyların icazə verilməsini gözləyirdik ki, övladıma toy edə bilək. Artıq bildiyimiz kimi yoluxmalarda azalma coxdu. Amma bu o demək deyil ki, pandemiya sona çatdı. İnsanlar çalışdıqları qədər özlərini qorumalıdırlar. Toylar da keçirilərkən fikrimcə, sadəcə ailə üzvləri toya çağırılmalıdır. Və sonda bir daha dövlətimizə təşəkkür edirəm ki, toylara icazə verildi”.

Paytaxt sakini Həsən Eyvazov: “ Fikrimcə, dövlətimiz tərəfindən toylara icazə verilməsi çox gözəl bir addım oldu. Uzun müddət idi ki, pandemiya şəraitindən aslı olaraq bir çox yerlər bağlanmış və qadağalar qoyulmuşdu. Artıq yoluxma sayları azaldığına görə yavaş-yavaş əvvəlki həyatımız bərpa olunur. Uzun müddətdir bağlı olan şadlıq evləri yenidən fəaliyyətə başlayacaq, işçilər yenidən öz işlərinə geri dönə biləcək, ailə qurmağa hazırlaşan gənclər toylarını edə biləcək. Toylarımız həqiqətən də bizim milli adət ənənələrimizdən biridir. Bu ənənələri qoruyub gənc nəsilə çatdırmalıyıq”.

Paytaxt sakini Sevil Paşayeva: “Toylara icazə verilməsinə hər kəs kimi məndə çox sevindim. Uzun müddət idi ki, şənliklərə qadağalar qoyulmuşdu. Amma artıq yoluxma saylarının azalması və vaksinasiya prossesinin artıq hər kəs tərəfindən qəbul olunmasını nəzərə alaraq dövlətimiz toylara, el şənliklərinə icazə verdi. Uzun müddət idi ki, nişanlı qalan çütlüklər artıq xeyir işlərini edə biləcək. Qızlarımız xəyalları olan ağ gəlinlik geyinə biləcək. Bir daha toylara icazə verən hər kəsə təşəkkürümü bildirirəm”.

Paytaxt sakini Elgün Əliyev: “Mənim fikrimcə toyların açılması çox gözəl qərar oldu. Artıq uzun müddət idi ki, vətəndaşlar bu qərarın verilməsini gözləyirdi. Düzdü pandemiya dövründə gizlin edilən toylar var idi, amma bununda böyük bir cəriməsi olurdu. Onu da deyə bilərəm ki, pandemiya dövründə sadə nigahlar olurdu amma şənliklər olmurdu. Toy olsun nişan şənlikləri olsun bizim milli el adət ənənəmizdi. Bir daha şənliklərin keçirilməsinə çox sevindim”.

Paytaxt sakini Gülmirə Müseyibova: “İlk olaraq onu deyə bilərəm ki, hər bir subay cütlüklərin toy arzusu artıq reallaşacaq. Bütün ailə qurmaqa hazırlaşan cütlükləri təbrik edirəm. Qaldı ki, toyların keçirilməsinə əlbəttə uzun müddət idi ki, toylara icazə verilmirdi. Bütün dünyanı ağuşuna alan “Covid-19” virusu ölkəmizdən və biz vətəndaşlardan da yan keçmədi. Bir çox iş yerləri bağlandı, qapanmalar oldu və həyat sanki insanlıq üçün dayandı. Hər kəs məcbur evlərində zaman keçirdir və bu bəlanın bitməsini gözləyirdilər. Şükürlər olsun ki, zaman öz sözünü deyir və pandemiyaya qarşı vaksinlər yaranmağa başladı və yoluxma saylarında kəskin azalmalar oldu. Və bunu nəzərə alan dövlətimiz yenidən bir çox yerlərin açılmasına, o cümlədən toylara el şənliklərinin keçirilməsinə icazə verdi. Bir daha onu deyə bilərəm ki, toylar bizim milli-mənəvi dəyərlərimizdəndir, çalışıb o dəyərləri gələcək nəsillər üçün qorumalıyıq”.

Paytaxt sakini Zakir Tağıyev: “Toyların keçirilməsi ilə bağlı qərar çox vacib bir məsələlərdən biri idi. Mən belə deyə bilərəm ki, bildiyiniz kimi uzun müddətdir bağlı olan bir çox sahələr ictimai nəqliyyat olan metro və digər sahələrdə qadağalar aradan qaldırılsa da, toyların keçirilməsi ilə bağlı dünənə qədər heç bir qərar yox idi. Amma artıq yoluxmaları nəzərə alaraq, vaksinasyaların geniş şəkildə vətəndaşlara tətbiq edilməsindən sonra şükürlər olsun ki, toylara icazə verdilər. Bilirsiniz necədi bu insan həyatında bir səfər olur. Xatirə kimi ömürlərində qalır. Uzun müddətdir ki, toyların keçirilməməsi müəyyən bir narahatçılığa səbəb olurdu. Artıq vətəndaşların da səbri tükənirdi. Amma artıq iyulun 1-dən toylara icazə veriləcək və el şənlikləri keçiriləcək".

Paytaxt sakini Türkan Zeynalzadə: “Toylara icazə verilməsi ilə bağlı qərardan çox razıyam. Mənim fikrimcə bu qərar daha əvvəldən verilməli idi. Bunun da səbəblərindən biri adi restoranların və kafelərin fəaliyyət göstərərək insanların orda gedib əylənmələrinə icazə versələr də, toylara icazə vermirdilər. Lakin toylara icazə verilsə belə insanlar sosial məsafəyə və lazımı tibbi qaydalara əməl etməlidir. Mənim fikrimcə toya gələn şəxslər toyda tibbi maskalardan istifadə etməli və ara məsafəsini gözləməlidir”.

Müəllif: Ziya Hikmət oğlu

Bütün xəbərlər Facebook səhifəmizdə