Bu gün hava necə olacaq?
Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentinin Hidrometeoroloji Proqnozlar Bürosundan verilən məlumata görə, bu gün Bakıda hava dəyişkən buludlu, əsasən yağmursuz keçəcək. Gün ərzində əsasən cənub küləyi əsəcək, arabir güclənəcək. Havanın temperaturu isə gecə 16- 19, gündüz 24-27 dərəcə istilik təşkil edəcək.

Bütün xəbərlər Facebook səhifəmizdə