Ağstafalılar torpaqlarından istifadə edə bilmirlər - VİDEO

Ağstafada sakinlər öz torpaqlarından istifadə edə bilmirlər. SİA-nın verdiyi məlumata görə, söhbət rayonun Həzi Aslanov qəsəbəsi sakinlərindən gedir. Burada yaşayanlar yalnız heyvandarlıqla məşğul olduqlarını bildiriblər və qeyd ediblər ki, qəsəbədə hələ islahatlar aparılmadığından, ərazinin bir qismi kənd təsərrüfatı nazirliyinin tabeliyindədir. Kənd təsərrüfatı nazirliyinin yerli nümayəndələri tərəfindən isə həmin ərazi qonşu kəndlərin sakinlərinin istifadəsinə verilib ki, bu da bizim heyvandarlıqla məşğul olmağımıza problem yaradır.

Məsələyə kənd təsərrüfatı nazirliyinin Ağstafa rayonunda olan nümayəndəliyi şifahi olaraq aydınlıq gətirib və bildirib ki, adı gedən ərazi qanuni olaraq müqavilə ilə sahibkarların istifadəsinə verilib. Yaxın zamanda islahatlar aparılacaq və hər bir sakinə torpaq payı veriləcək.

Müəllif: Mirqəmər Mənsimova

Bütün xəbərlər Facebook səhifəmizdə