Ucarın 40 ildir təmir edilməyən yolları - VİDEO

Gediş-gəliş üçün çətin, çala-çuxurlu yollar, qış aylarında yağış suları ilə dolu gölməçələr. Haqqında bəhs etdiyimiz yol Ucar rayonundadır. Daha dəqiq desək şəhərin Firdovsi küçəsidir. Sakinlərin sözlərinə görə, 40 ilə yaxındır bu küçənin yolları bir dəfə də asfaltlanmayıb. Sakinlər deyir ki, xüsusilə qışda piyadalarla yanaşı sürücülər də xeyli əziyyət çəkirlər. Yolların bərbad olması məktəbə gedən şagirdlərin də işini çətinləşdirir. Məsələ ilə bağlı Ucar rayon İcra hakimiyyəti başçısının Ucar şəhər inzibati ərazi dairəsi üzrə nümayəndəliyində olduq. Nümayəndə müavini İlham Rüstəmov sözügedən küçədən xəbərdar olduqlarını, yolun ilin sonuna kimi asfaltlanmasının planlaşdırıldığını bildirib.

Müəllif: Mirqəmər Mənsimova

Bütün xəbərlər Facebook səhifəmizdə