Möhtəşəm Aspendos məbədinə səfərimiz - FOTOLAR

Türkiyənin Azərbaycandakı səfirliyi tərəfindən edilən dəvətlə Antalyadakı səfərimiz davam edir.

SİA-nın verdiyi məlumata görə, Türkiyə torpaqlarında tarix boyu bir çox mədəniyyətlər yaşayıb, yaradıb və burada aparılan arxeloji qazıntılar zamanı tarixin müxtəlif dövrlərinə aid şəhərlər, mədəniyyətlər yenidən kəşf edilir.

Bu gün səfərimiz möhtəşəm Aspendos məbədinə oldu. Aspendos 2-ci yüzilliyə aid günümüzə qədər gəlib çatmış ən möhtəşəm teatr binasıdır. Qədim Roma İmperatoruluğuna aid möhtəşəm tikili müxtəlif məqsədlər üçün istifadə olunub. Qladiator savaşları, teatr oyunları bu qəbildəndir. Bu heyrətamiz tikili bu gün də festivallara, şənliklərə, konsertlərə ev sahibliyi edir. Aspendos 15 min nəfərlik böyük məbəddir və əzəmətini bu günə qədər qoruması onu dünyanın seçilmiş əsərlərindən biri edir.

Müəllif: Aysel Məmmədova

Bütün xəbərlər Facebook səhifəmizdə