Abort etdirmə ilə bağlı çox ciddi, sərt cəzalar qoyulmalıdır - EKSPERTLƏR NARAZIDIR - SORĞU

“Həm rəsmi statistika, həm qeyri-rəsmi statistika göstərir ki, Azərbaycanda abortların sayının artması son dərəcədə acınacaqlı haldadır”. Bu sözləri SİA-ya açıqlamasında "Altay" Sosial-iqtisadi Araşdırmalar Mərkəzinin rəhbəri, sosioloq Elçin Bayramlı deyib.

Onun sözlərinə görə, demək olar ki, son 20 ildə vəziyyət daha da pisləşib: “Bəzi bu işlə məşğul olan həkimlər etiraf edirlər ki, son vaxtlar məktəbli qızların kütləvi müraciətləri olur. Bunların heç biri demək olar ki, statistikaya daxil olmur. Real vəziyyət rəsmi statistikadan 10 dəfə daha çoxdur. Bu isə həm mənəvi, əxlaqi, psixoloji cəhətdən deqredasiyanın son həddidir, həm də milli genefondumuzun, ailə inustutumuz tam dağılmasına az qalıb deməkdir. Bunu qarşısını almaq üçün nə dövlət, nə də cəmiyyət heç bir tədbir görmür. El arasında deyilən arvad-uşaq komitəsi dövlətin pullarını boş yerə xərcləməklə məşğuldur və bu sahədə heç bir effektiv iş görmür, hansısa təbirlər həyata keçirmir, nəzarət etmir. Bu komitə demək olar ki, ləğv olunmalıdır və xüsusi bir dövlət orqanı yaradılmalıdır. Bəzi ölkələrdə abortların edilməsinə qarşı daha mühafizəkar qanunlar var. Hansı ki, həmin dövlətlərdə abort etmək qadağandır və abort edən şəxs sərt cəzalandırılır. Bizdə demək olar ki, bu məsələ ilə bağlı nə dövlət maraqlanır, nə bu məsələ cəmiyyətin, nə də mətbuatın vecinədi”.

Elçin Bayramlı sözlərinə davam edərək bildirib ki, təcili şəkildə dövlət bu məsələ ilə bağlı ya xüsusi proqram qəbul etməlidir, ya da bu sahə üzrə dövlət orqanı yaradılmalıdır: “Bu sahəyə çox ciddi nəzarət olunmalıdır və çox ciddi, sərt cəzalar qoyulmalıdır. Abort məlum olduğu konkret qətl hadisəsidir. Ana bətnindəki uşağı öldürməklə, küçədəki hər hansı bir şəxsi öldürmək arasında heç bir fərq yoxdur. Maraqlıdır ki, qanunlar hər hansı bir qətlə ağır cəzalar verdiyi halda, körpələrin göz qabağında açıq şəkildə qətli həyata keçirilir və buna nə qanun, nə də bir başqası reaksiya verir. Açıq şəkildə ölkədə hər gün minlərlə qətl törədilir. Buna da demək olar ki, tam bir şərait yaradılıb və kim nə qədər istəsə, o qədər adam öldürə bilər”.

Mövzuya Qafqaz Müsəlmanlar İdarəsinin sədr müavini Hacı Fuad Nurullayev fikir bildirib: “Bu gün Azərbaycanda abortların çoxalmasının səbəbi insanların özlərinə fərdi yanaşmalarından, Allahın əmrlərindən bixəbər olmalarıdır. Bəzi ailələr var ki, oğlan uşağı istəyirlər: “Bu İslamdan qabaq olan cəhalət dövrünə bənzəyir. Qız uşağı olacağını biləndə onu abort edirlər. Bir çoxları ailədə çox uşağın olmasından ehtiyat edirlər. Müəyyən iqtisadi, maddi səbəblər bu gün Azərbaycanda abortların çoxalmasına şərait yaradır”.

Hacı Fuad Nurullayev fikir bildirib ki, insanlar çalışırlar ki, bir və ya iki uşaqla kifayətlənsinlər: “Bundan əlavə abort birmənalı olaraq, İslamda günahdır, haramdır və qadağadır. Azərbaycanda dövlət tərəfindən abortların olunması qadağandır. Lakin müəyyən insanlar bunu gizli şəkildə gedib edirlər. Dinimiz buna icazə vermir. Onlar Allah qarşısında, dinimiz qarşısında məsuliyyət daşıyırlar”.

Müəllif: Arzu Qurbanzadə

Bütün xəbərlər Facebook səhifəmizdə

loading...