Anomal istilərlə bağlı - XƏBƏRDARLIQ! - Proqnozlar Bürosunun direktoru

“Həftə ərzində ölkə ərazisinə cənub-şərqdən quru və qızmar hava kütlələrinin daxil olacağı gözlənilir. Nəticədə, respublika ərazisində hava şəraiti günəşli və anomal isti olacaq”. Bu sözləri SİA-ya açıqlamasında Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Xidmətinin Proqnozlar Bürosunun direktoru Gülşad Məmmədova deyib.

Onun sözlərinə görə, sutkalıq temperatur iqlim normasından xeyli yüksək olacaq: “Həftə ərzində cənub-şərq küləkləri üstünlük təşkil edəcək. Havanın maksimal tempraturu paytaxta 37-39, iyunun 24 və 25-də bəzi yerlərdə 40-42 dərəcə, respublikanın rayonlarında 35-40, aran rayonlarında isə 42-44 dərəcə isti olacaq”.

“Həftə ərzində anormal istilər davam edəcək. İlkin hesablamalara görə, həftənin sonunda güclü istilər bir qədər azalacaq. Həmçinin, belə hava şəraiti meteohəssas insanlara da öz təsirini göstərəcək. Belə istidə açıq havada olarkən, kölgəli yerlərdən istifadə etmək məsləhət görülür”.

Ayşən Vəli

Bütün xəbərlər Facebook səhifəmizdə

loading...