“Tarix elminə sahib çıxmağa hazır olan gəncliyimiz xeyli zəifdir”-AÇIQLAMA
"Bizim tarix elminə sözün əsl mənasında sahib çıxmağa hazır olan gəncliyimiz xeyli zəifdir. Buna xüsusi əhəmiyyət vermək lazımdır". Bu barədə SİA-ya açıqlamasında AMEA-nın Tarix İnstitutunun direktoru Yaqub Mahmudov məlumat verib. O bildirib ki, bəzi gənclər xarici ölkələrdə yaşayır, bəziləri isə Azərbaycanda öz yaşayışını təmin etməkdən ötrü müxtəlif firmalarda işləyirlər.
Gənclərin elmə çox zəif gəldiyini deyən tarixçi bu sahəni gücləndirməyin vacib olduğunu qeyd edib. O vurğulayıb ki, milli ruhlu, vətənini sevən, tarixinə dönük çıxmayan, mübariz tarixçi gənclər hazırlanmalıdır.
"Dil bilən tarixçi gənclərimiz çox azdır. Onları müxtəlif xarici ölkələrə göndərməliyik ki, dillərə yiyələnsinlər, çünki onsuz tarix elmini inkişaf etdirmək mümkün deyil. Ona görə də gəncliyin inkişafına xüsusi əhəmiyyət verilməli və onlara meydan açılmalıdır. Lakin bu məsələlərdə tələsməyə yol vermək olmaz. Məsələn, bu yaxınlarda Milli Məclis dövlət qulluqçularının yaş həddini 65 yaş müəyyən etdi. Əgər biz sabah onu yerinə yetirməyə başlasaq, o zaman alimlərin bir çoxu akademiyanın qapısının ağzında gedib oturmalı olacaq. Bütün dövrlərdə müəyyən nəsillər həmişə gələcəklə keçmiş arasında körpü rolunu oynayır. Bu gün mövcud körpünü məhv etmək olmaz, o, saxlanılmalı, qorunmalıdır ki, yaşlı nəsillərin qarşısında istedadlı gənclər yetişsinlər. Bu gənclik artıq pərvazlanıb ayağa duranda başda mən olmaqla böyük məmnuniyyətlə meydan onlara verilməlidir ki, inkişaf getsin.
Fikrimcə, bunlara böyük ehtiyac var. Gənc alimlərə elə bir şərait yaradılmalıdır ki, onlara ayrılan təqaüdlə nəinki yaşaya, eyni zamanda, lazım olan kitabları ala, ezamiyyətə gedə bilsinlər və dil öyrənsinlər. Ona görə də bu sahədə çox ciddi işlər görülməlidir", - deyə o əlavə edib.Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB