Şəmkir rayonunda şəhid ailələri diqqət və qayğı ilə əhatələnir - FOTOLAR
Yeni Azərbaycan Partiyası (YAP) Şəmkir rayon təşkilatının nümayəndələri Vətən müharibəsində qəhrəmancasına şəhid olmuş Şəmkir rayonunun Xuluf kəndindən olan kapitan Qəhrəmanov Ruslan Mehman oğlunun, Əjdərli Şamxal Maarif oğlunun, Alızadə Seymur Mirzə oğlunun və Şəmkir rayonunun Ələsgərli kəndindən olan Nəbiyev Zaur Ələddin oğlunun qəbirlərini ziyarət ediblər, sonra isə ailələri ilə görüş keçirilib.
Görüşlərdə Vətən Müharibəsi şəhidlərinə, qazilərinə və iştirakçılarına qarşı cənab Prezident İlham Əliyevin doğma münasibətindən bəhs edən YAP Şəmkir rayon təşkilatının sədri Fəxrəddin Vəliyev deyib ki, Şəmkir rayonunda hər bir ailə cənab Prezidentin tapşırıq və tövsiyyələrinə uyğun olaraq diqqətdə saxlanılır, onların qarşıya çıxmış hər bir probleminə həssaslıqla yanaşılır.
Fəxrəddin Vəliyev şəhid ailələrinin, onların övladlarının dövlətin qayğısını hər zaman hiss edəcəklərini vurğulayıb.
Azərbaycan Respublikasının Prezidenti, Yeni Azərbaycan Partiyasının sədri İlham Əliyevin və çox hörmətli Mehriban xanım Əliyevanın sosial yönümlü, vətəndaş mərkəzli siyasətindən söz açan YAP Şəmkir rayon təşkilatının fəalı Könül Həsənova bildirib ki, rayonumuzda bu sahədə ciddi iş aparılmaqdadır. İstər Vətən Müharibəsi ərəfəsində, istərsə də post-müharibə dövründə xalqımız bir amal uğrunda öz rəhbərinin ətrafında monolit şəkildə birləşməyi bacarıb.
Könül Həsənova əlavə edib ki, şəhidlərimiz vətən torpağına, övladları isə bizlərə əmanətdir.
YAP Şəmkir rayon təşkilatının Aparat rəhbəri Şövqi Həsənov dövlətin qayğısı nəticəsində şəhid ailələri və qazilərin bütün cari problemlərinin qısa zamanda həll olundğunu diqqətə çatdırıb.
Sonda şəhid ailələri dövlət başçısı, müzəffər Ali Baş Komandan cənab İlham Əliyevə və birinci vitse-prezident Mehriban xanım Əliyevaya şəhid ailələrinə göstərdikləri diqqət, sevgi və qayğıya görə öz dərin minnətdarlıqlarını bildiriblər.
Rəfiqə
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB