Son zamanlarda ölkəmizdə bəzi gənclərin intihara meyillərinin artmasına rast gəlinir. Şiddətli ailə basqısı, erkən nikaha zorla məcbur edilməsi, gənclərin və uşaqların təhsildən yayınması kimi halların olmasından qaynaqlanaraq gənc nəsil çarə olaraq intihara meyl edir. Bəs bunun qarşısı necə alınmalıdır? Bununla bağlı SİA paytaxt sakinlərinin fikirlərini öyrənib.
Paytaxt sakini Nadir Yumak: “18-20 yaş arası gənclər ən balaca bir problemdə yerə yıxıldığını zənn edir və ayaqa qalxmağa çalışmır. Bunun da başında ən böyük səbəblər hədəfsizlik, dözümsüzlükdür. Daha irəli getmək üçün addım atmırlar, məğlubiyyətlə tez barışırlar. Bunun da nəticəsi olaraq intihara meyl edirlər və sonda öz həyatları məhv olur, ailəsinə böyük bir üzüntü qoyur və dünyadan köçürlər. Bununla bağlı özüm də bir gənc olaraq gənc dostlarıma tövsiyyə edə bilərəm ki, qarşılarına məqsəd qoysunlar, hədəfləri olsun və o hədəflərə yorulmadan irəliləsinlər. Bir insan beyni ilə hər şeyi düşünüb görə bilirsə, real həyatı da görə bilər. Bunun üçün amma əziyyət çəkməli, mübarizə aparmalı və dözümlü olmalıdır. Sonda fikirlərimi bu cümlə ilə bitirmək istəyirəm, hər bir uğura gedən yol uğursuzluqdan keçər”.
Paytaxt sakini Ağa Aşurov: “Gənclərin intihar etməsinin səbəbi ailələri ilə bağlı ola bilər. Çünki ailədən düzgün tərbiyə almırlar, ailədən dəstək görmürlər və bunun da nəticəsində intihar halları yaranmağa başlayır. Ən əsası da ailədə möhkəm bağlılıq olarsa, dinimizdə ailə dəyərləri daha çox təbliğ olunarsa, o zaman intihar halları azalar və bəlkə də heç intihar halları baş verməz. Digər bir məsələ isə gənc ailə qurmaq mənim fikrimcə yol verilməzdir. Gənc ailə fikir formalaşmır və intihara meyillik halları baş verir”.

Paytaxt sakini Ləman Paşalı: “Mən çox təəssüf edirəm ki, ölkəmizdə intihar hadisələri çoxluq təşkil edir. Buna səbəb müxtəlif faktorlar ola bilər. Ən başlıca səbəblərdən biri fikrimcə köhnə nəsillə yeni nəslin fikir ayrılığıdı. Məsələn son dövrlərdə oxumaq və işləmək üçün gənclər daha çox xaricə üz tutmaq istəyirlər, amma ailələri buna qarşı çıxdıqda o zaman intihara və ya evi tərk etmə yollarına baş vururlar. Amma fikrimcə, bu çıxış yolu deyil, ölüm heç zaman çıxış yolu olmayıb. Tam əksinə mübarizə aparıb hədəflərinə çatmalıdırlar”.
Paytaxt sakini Ramil Cavadov: “Allah dərgahında intihar etmək öz canına qəsd etmək çox böyük bir günahdır. Biz vətəndaş kimi, valideyn kimi islami dəyərlərimizin müsbət cəhətlərini öz evlərimizdə övladlarımıza təbliğ edərək onların belə fikrə və belə yola üz tutmasının qarşısını ala bilərik. Bugünkü gündə biz ailə dəyərlərindən çox uzaqda qalmışıq və bunun da nəticəsində intihar halları baş verir. Digər bir məsələ isə insanların son dövrdə çətinliklərlə üzləşməsi və onlara qarşı kimlərinsə təzyiqi nəticəsində də intihar halları baş verir”.
Paytaxt sakini Günel Ağayeva: “Bu mövzu haqqında müxtəlif səbəblər deyə bilərəm. Yeniyetmələrdə gördüyümüz intihar səbəbləri var ki, bunların da səbəbi ondan ibarətdir ki, o dövrdə olan uşaqlar daha həssas olur. Hər şeyə çox tez reaksiya verirlər və ailələr bu dövrdə uşaqların üzərinə daha çox gəlməyə başlayır və onlara basqı yaradır və bunun da nəticəsində intihar səbəbləri baş verir. Digər bir məsələ isə gənclərdə intihar meyilliyi var. Bunu da belə izah edə bilərəm ki, gənclərdə dözümsüzlük mübarizə aparmamaq və həyatdan tez sınırlar və bununda nəticəsində intihar hadisələri baş verir. Digər bir səbəb isə həm gənclərin, həm də yeniyetmələrin intihara meyl etməsi fikrimcə seriallardan, flimlərdə olan intihar səhnələrinin çox olması və bunun yayımlanması nəticəsində insanlar bunu son çıxış kimi görür və intihardan istifadə edirlər”.
Paytaxt sakini Coşqun İsmayılov: “Bu mövzu ilə bağlı onu deyə bilərəm ki, gənclərimiz təhsillərini bitirdikdən sonra iş tapmaqda çətinlik çəkirlər və bunun da nəticəsində intihara meyl edirlər. Digər bir səbəb də ondan ibarətdir ki, sosial şəbəkələrin də gənclərdə təsiri çoxdur və ordan izlədikləri zərərli paylaşımları görərək də intiharın bir çıxış yolu olduqunu zənn edirlər. Amma tam əksinə elə gənclərimizdə var ki, çox çalışaraq, mübarizə apararaq, dözümlülük göstərərək uğur qazanırlar. Yeniyetmələr və gənclərimiz o insanlara baxıb nümunə götürərək uğur əldə edə bilər və intihardan uzaq dura bilərlər”.
Paytaxt sakini Vaqif Quliyev: “Gənclər niyə intihar edir dedikdə valideyn basqısı daha çox nəzərə çarpır. Misal olaraq imtahanlar olsun, əgər uğursuz nəticə əldə edirsə, o zamanda ailən sənin üzərində basqı qurur və onun nəticəsində intihara meyl edirlər. Daha sonra yeniyetmə qızların ailələri tərəfindən zorla məcbur edilərək erkən nikah halları baş verir, təhsildən uzaqlaşdırılır və bunun da nəticəsində son çarə kimi intihar edirlər və həyatlarını məhv edirlər”.
Paytaxt sakini Günel Əfəndiyeva: “Bu mövzu çox aktualdur. İntihar halları artıq yaş baxımında çox aşağı düşüb. Artıq 13-15 yaşlı uşaqlar belə intihara üz tutur. İntihar hadisələrinin ən başlıca səbəbi dözümsüzlükdür. İnsanlarda istər maddi baxımından, istərsə də mənəvi baxımdan çətin günlər yaşaya bilər. Yaxınlarını itirərək depresiyya halları yaşayan gənclər intihara cəhd edirlər. Yaxşı olardı ki, belə hallarda gənclər və orta nəsl insanlarının belə hallarla qarşılaşdığı problemlər olduğu zamanlarda ilk öncə düşünməlidirlər ki, bu problemlə minlərlə insanların qarşısına çıxıb. Bu problemin sahibi nə sonuncu, nə də əvvəlinci insandır. Çalışıb bu problemdən çıxış yolu axtarmaqdır. İntihara meyl etmək çıxış yolu deyil. ətrafından dəstək alaraq bu problemdən çıxış yolu tapa bilər”.
Paytaxt sakini Nigar Təbrizli: "Bu mövzuda müxtəlif perspektivlərdən yanaşa bilərik. Bunlardan ən başlıca səbəblərindən biri indiki uşaqların cox əsəbi olması və valideynlərinin uşaqlarını zəbt edə bilməməsi və sosial şəbəkələrdə zərərli paylaşımlarla qarşılaşmasıdır. Və bununda nəticəsində intihara meyl edirlər. Səbəblərdən biri də sosial şəbəkələrdə hər hansısa bir məşhurun həyat tərzini görməsi onun kimi olmasını istəməsi və onun üçün çalışması və bununda nəticəsində uğursuzluq əldə etməsidir. Və sonda da çarə kimi intihara üz tutmasıdır".
Ziya Hikmətoğlu
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB