Türkiyədə Böyük Azərbaycan şairi Nizami Gəncəviyə həsr olunmuş Beynəlxalq Konqres keçiriləcəkdir
Azərbaycan Respublikasının Diasporla İş üzrə Dövlət Komitəsinin dəstəyi ilə Azərbaycan-Kipr Dostluk Cəmiyyəti Türkiyənin Bursa şəhərində 25-29 iyul 2021-ci il tarixlərində Böyük Azərbaycan şairi Nizami Gəncəvi Beynəlxalq Konqresi keçiriləcəkdir. Konqresin təşkilat komitəsi adından Azərbaycan-Kipr Dostluq Cəmiyyətinin sədri Orxan Həsənoğlunun verdiyi məlumata görə, Prezident İlham Əliyevin 2021-ci ili Nizami Gəncəvi ili elan etməsi ilə əlaqədar olaraq, Böyük Azərbaycan şairi Nizami Gəncəvi Beynəlxalq Konqresi də bu layihə çərçivəsində baş tutacaqdır. Cəmiyyət sədrinin sözlərinə görə, konfransa başda Azərbaycan Milli Elmlər Akademiyası Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutu, Nizami Gəncəvi adına Milli Ədəbiyyat Muzeyi, Qafqaz Universitetlər Birliyi (KUNİB), Azərbaycan Respublikası Təhsil Nazirliyi Yanında İctimai Şura, TÜRKSOY kimi qurumlarla yanaşı, həm ölkəmizdə və həm də dünyanın muxtəlif ölkələrində fəaliyyət göstərən təşkilat və universitetlər də dəstək olmaqdadırlar.
Məlumat üçün bildirək ki, konqreslə bağlı iki xüsusi akademik jurnal nəşr olunacaqdır. Elm sahəsində dünyaca məşhur olan “Turkish studies” Elmi Məqalələr jurnalı (https://turkishstudies.net) və Azərbaycanda işıq üzü görən “Elm və İnnovativ Texnologiyalar” beynəlxalq jurnalın konqres materialları ilə bağlı xüsusi nömrəsi nəşr ediləcəkdir. Konqresdə iştirak etmək arzusunda olanların Azərbaycan-Kipr Dostluq Cəmiyyəti ilə əlaqə saxlamaları tövsiyə olunur.
Məlumat üçün:

Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB