Çimərkən batma təhlükəsi ilə üzləşən 11 nəfər xilas edilib - FHN

İyunun 20-də Fövqəladə Hallar Nazirliyinin Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidməti tərəfindən "Qızılqum", “Bilgəh”, "Mərdəkan" sularda xilasetmə məntəqələrinin ərazisində və “Mingəçevir”, "Bilgəh", “Şüvəlan” sularda xilasetmə məntəqələrindən kənarda (qeyri-çimərlik ərazi) çimərkən batma təhlükəsi ilə üzləşən 11 nəfər xilas olunub.

SİA xəbər verir ki, məlumatı Fövqəladə Hallar Nazirliyi yayıb.

Bütün xəbərlər Facebook səhifəmizdə