Bu gün “Abşeron övladları” başlığı altında balaca rəssamların rəsm əsərlərindən ibarət növbəti sərgi keçirilib

Bu gün “Abşeron övladları” başlığı altında balaca rəssamların rəsm əsərlərindən ibarət növbəti sərgi keçirilib

Bu gün "Abşeron övladları" başlığı altında balaca rəssamların rəsm əsərlərindən ibarət növbəti sərgi keçirilib. SİA-nın xəbərinə görə, sərgi 1 iyun Beynəlxalq Uşaq Hüquqlarını Müdafiə gününə həsr olunub. Sərginin açılışında həm də "Abşeronun övladları" internet saytının eyni adlı sənət klubunun təqdimat mərasimi keçirilib. Sərgi Bakı şəhər Gənclər və İdman Baş İdarəsinin dəstəyi ilə keçirilib.

Tədbirdə Abşeron Rəsm Qalereyasının direktoru Eldəniz İbrahimov, Bakı Şəhər Gənclər və İdman Baş İdarəsinin rəisi Raqif Abbasov, Rəssamlar İttifaqının sənətşünaslıq bölməsinin rəhbəri və əməkdar incəsənət xadimi Ziyadxan Əliyev, valideynlər və media nümayəndələri iştirak ediblər.

Tədbiri giriş sözü ilə açan Abşeron Rəsm Qalereyasının direktoru Eldəniz İbrahimov tədbir haqqında ətraflı məlumat verib. Onun sözlərinə görə, "Abşeronun övladları" layihəsi 2011-ci ilin martında "Abşeron" Rəsm Qalereyası tərəfindən yaradılıb. "Saytdakı materiallar 3 dildə -Azərbaycan, Rus və İngilis dillərində təqdim olunub. Saytın yaradılmasında məqsəd Azərbaycanda uşaq yaradıcılığını təbliğ etmək, balaca rəssamlara Azərbaycan Respublikasında və beynəlxalq aləmdə uşaq yaradıcılığı sahəsində baş verən yeniliklər haqqında məlumat vermək, valideynlərə uşaq yaradıcılığı haqqında mütəxəssislərin tövsiyyələrini çardırmaq, balaca soydaşlarımıza xarici ölkədəki azyaşlı və yeniyetmə rəssamlar arasında ünsiyyət yaratmaq, habelə balaca rəssamların yaradıcılıq uğurlarını onlar peşəkar təhsil alana kimi müşahidə etməkdir",-deyə direktor əlavə edib.

Tədbirdə söz alan Bakı Şəhər Gənclər və İdman Baş İdarəsinin rəisi Raqif Abbasov tədbir haqqında öz fikirlərini bildirib. "Biz gəncləşən və demokratik olan bir ölkənin vətəndaşıyıq. Uşaqlarımızın istedadını həmişə önə çəkməliyik. Uşaqların belə gözəl əl qabiliyyətlərinə malik olmalarında müəllimlərinin də əməyi olub".

Tədbirdə çıxış edən Rəssamlar İttifaqının sənətşünaslıq bölməsinin rəhbəri və əməkdar incəsənət xadimi Ziyadxan Əliyev sayt haqqında danışıb. Z. Əliyevin fikrincə, saytdakı məlumatlar təkcə saytda iştirak edən uşaqlar üçün yox, onların respublikada, xüsusilə regionlarda yaşayan həmyaşıdları üçün faydalı olacaqdır.

Qeyd edək ki, qalib gələn uşaqlar Bakı şəhər Gənclər və İdman Baş İdarəsi tərəfindən fəxri diplomlarla təltif edilib.

Bütün xəbərlər Facebook səhifəmizdə