AMEA-da yeni kadr təyinatları olub. Akademiyadan SİA-ya verilən məlumata görə, Rəyasət Heyətinin müvafiq qərarları ilə AMEA Rəyasət Heyəti aparatının Elmi-təşkilat idarəsinin əsasnaməsi, həmçinin AMEA Rəyasət Heyəti aparatı İşlər idarəsinin strukturunda edilmiş dəyişikliklər nəzərə alınmaqla idarənin yeni strukturu və ştat vahidləri təsdiqlənib.

Rəyasət Heyətinin müvafiq qərarları ilə akademik Dilqəm Tağıyev akademik Murtuza Nağıyev adına Kataliz və Qeyri-üzvi Kimya İnstitutunun, akademik Vaqif Abbasov akademik Yusif Məmmədəliyev adına Neft-Kimya Prosesləri İnstitutunun, akademik Vaqif Fərzəliyev akademik Əli Quliyev adına Aşqarlar Kimyası İnstitutunun, müxbir üzv Bəxtiyar Məmmədov Polimer Materialları İnstitutunun, müxbir üzv Əlövsət Quliyev Torpaqşünaslıq və Aqrokimya İnstitutunun baş direktoru, Natiq Mehdiyev isə AMEA Rəyasət Heyəti aparatının Xüsusi şöbəsinin müdiri vəzifələrinə təsdiq ediliblər.

Bütün xəbərlər Facebook səhifəmizdə