Yaxın 3 gündə hava yenidən dəyişəcək? - PROQNOZLAR BÜROSUNUN DİREKTORU

Yaxın 3 gündə hava yenidən dəyişəcək? - PROQNOZLAR BÜROSUNUN DİREKTORU

"İyunun 19-u səhər saatlarınadək Bakıda və Abşeron yarımadasında arabir güclənən şimal qərb küləyi əsəcək. Havanın tempraturu 27-32 dərəcə isti olacaq". Bu sözləri SİA-ya açıqlamasında Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Xidmətinin Proqnozlar Bürosunun direktoru Gülşad Məmmədova deyib.

Onun sözlərinə görə, iyun ayının 20-si və 21-ində paytaxtda hava əsasən yağmursuz keçəcək: "Mülayim cənub küləyi əsəcək. Havanın tempraturu 30-35 dərəcə isti olacaq".

"Bölgələrdə də hava şəraiti əsasən yağmursuz keçəcək. Şərq küləyi əsəcək. Havanın tempraturu 35-39, dağlıq ərazilərdə isə 21-26 dərəcə isti olacaq. İyunun 19-da metereoloji amillərin mülayim tərəddüdü gözlənilir ki, bu da əksər meteohəssas insanlar üçün nisbətən əlverişlidir".

Ayşən Vəli

Bütün xəbərlər Facebook səhifəmizdə