Meyvə-tərəvəzə vurulan bu maddə xərçəng yaradır - DİQQƏT! - QİDA MÜTƏXƏSSİSİ AÇIQLADI

Meyvə-tərəvəzə vurulan bu maddə xərçəng yaradır - DİQQƏT! - QİDA MÜTƏXƏSSİSİ AÇIQLADI

“Meyvə və tərəvəzlərə kimyəvi maddələr uzun illərdir ki, vurulur. Sadəcə olaraq indi daha da çoxalıb. Buna səbəb mövsümdə olmayan meyvə və tərəvəzləri yetişdirmək, bəzi meyvə-tərəvəzlərin soyuğa davamlılığı üçün bir çox kimyəvi maddələr vurulur ki, bu maddələr təbii ki, orqanizmə daxil olduqda kifayət qədər öz zərərlərini verir”. Bu sözləri SİA-ya açıqlamasında sağlam qidalanma mütəxəssisi Məhsəti Hüseynova deyib.

Onun sözlərinə görə, meyvə və tərəvəzləri süni şəkildə və geni dəyişdirilmiş orqanizm olan formada da yetişdirirlər ki, bu da birbaşa nəinki xərçəng həmçinin alzaymer, parkinson, maddələr mübadiləsinin pozulması, kəskin allergiyalara da səbəb ola bilər: "Ümumiyyətlə orqanizmə zərər vurmaması üçün biz mütləq şəkildə meyvə-tərəvəzlərimizi yerli və mövsümü olanları seçməliyik. Yalnız bu halda sağlamlıqdan söhbət gedə bilər. Əks halda təbii ki, bu xəstəliklərin müəyyən insana fərqli reaksiyası da ola bilər. Ancaq biz bir gün ərzində bir neçə meyvədən, tərəvəzdən istifadə edirik. Əgər bu həqiqətən də nitratlarla zəngin, düzgün şəkildə yetişdirilməyən, mövsümündə olmayan meyvə və ya tərəvəzdirsə, bu birbaşa orqanizmin zəhərlənməsinə gətirib çıxardır. Ona görə də təbii ki, bu maddələr də həm xərçəngə səbəb olur, eyni zamanda da maddələr mübadiləsinin pozulması şəraitində obezliyə, piylənməyə də gətirib çıxardır ki, bu da birbaşa yenə digər xəstəliklərin əlamətlərinə rast gəlmək olar. Təsadüfi deyil ki, bir neçə il bundan əvvəl xərçəng xəstəliyi daha yaşlı insanlarda rast gəlinirdisə, artıq indi hətta uşaq yaşlarında xərçəng xəstəliyinə rast gəlmək olur. Bunun da məhz səbəbi anaların hamiləlik dövründə inkişaf prosesində düzgün qidalanmamasıdır".

Məhsəti Hüseynova həmçinin qeyd edib ki, zərərli saydığımız kimyəvi maddələrlə dolu meyvə tərəvəzlər 25 yaşa qədər olan orqanizmə daha çox təsir edir, nəinki həmin yaşdan çox olanlara: "Çünki bir orqanizm 25 yaşa qədər inkişaf prosesindədir və bəzi orqanizmlərdə bu proses 30 yaşlara qədər davam edir. Bu proses zamanı insan orqanizmi onun sağlam olması üçün, gündəlik funksiyalarını yerinə yetirmək üçün sağlam şəkildə, sağlam qidalardan lazımlı qida elementlərini mikro və makro elementlərini almalıdır. Əgər ki, burada həmin vitamin və mineral balansı olan meyvə və tərəvəzlərin zərərlisini kimyəvi maddələrlə olanını istifadə etsə təbii ki, bunun fiziki inkişafına, əzələ skeletinin inkişafına da çox böyük mənfi təsir edəcək. Ona görə də mütləq şəkildə sağlam olmaq üçün bu cür meyvələrdən uzaq durmaq lazımdır. Mağazalarda təbii, mövsümi meyvə və tərəvəzləri bilmək lazımdır. Əgər kimyəvi maddələrlə yetişdirilibsə, bu meyvələr hər biri gözəl görünüşə parlaq rəngə və hamısı eyni boyda olur. Tumlu meyvələrin içi tumsuz olur. Bunlar da artıq həm kimyəvi maddələrlə, həm də geni dəyişdirilmiş orqanizm olaraq yetişdirildiyinin sübutudur".

Müəllif: Arzu Qurbanzadə

Bütün xəbərlər Facebook səhifəmizdə