15 minə yaxın şəxsə əlillik təyin edilib

15 minə yaxın şəxsə əlillik təyin edilib

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyindəki Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyi tərəfindən 2021-ci ilin yanvar-may ayları ərzində 15 minə yaxın şəxsə əlillik təyin edilib. SİA xəbər verir ki, onlardan 4700 nəfəri ilkin, qalanları isə təkrar əlillik təyinatı aparılanlar, habelə sağlamlıq imkanları məhdudluq təyin olunanlardır.

Əlilliyin qiymətləndirilməsi vətəndaş-məmur (ekspert) təması olmadan, elektron infrastruktur (“Əlillik” altsistemi) üzərindən, səhiyyə müəssisəsinin e-sistemə daxil etdiyi göndərişlərdəki məlumatlar əsasında həyata keçirilir

Bütün xəbərlər Facebook səhifəmizdə